image_pdfimage_print

Bugün dostumuz, Anar Bayramovla (Rafiqdə orda idi) Park Fore-də çay içirdik. Söhbət ordan-burdan düşdükdən sonra, Anar dedi ki, niyə gündəm haqqında fikir bildirmirsiz, bugün həm jurnalistika günüdür, həmdə jurnalistlərə dövlət büdcəsindən evlər bağışlanıb. Əslində düz deyirdi, mən həqiqətən də işə-gücə başımın çox qarışdığı üçün reaksiya vermədiyimi dedim… amma indi, saat artıq 23:25 olsada, istəyirəm jurnalistika müsir Azərbaycan jurnalistika barədə fikirlərimi Sizinlə paylaşım. Beləliklə, Azərbaycan jurnalistikası: dırnaq içərisində və ya böyük hərflərlə?!

İlk əvvəl qeyd edim ki, mənim atam, Yevlax qəzətində – Kur-də uzunmüddət məsul vəzifələrdə çalışıb, yaxşı “qələmi” olub, hərdən mənə elə gəlir ki, məhz atama görə mən bloq fəaliyyətimi belə “ürəklə” aparıram… bilmirəm, amma bildiyim odur ki, bizim ailə jurnalistikaya yad deyil. Neysə, keçək əsas məsələyə…

Yadıma gəlir, SOCAR (Azərbaycan Dövlət Neft şirkəti) futbol üzrə Avropa çempionatında sponsorlardan idi. Həmin vaxt canlı yayımda futbol aparan “jurnalist” futbola şərh verirdi… bu o jurnalist idi ki, daim Azərbaycanımızın idman uğurlarında gen-bol danışırdı, bu o aparıcı idi ki, stadionda balacada olsa Azərbaycan bayrağı görsənəndə sevinə-sevinə bunu bizə çatdırırdı və s. AMMA və LAKİN, bu qardaş futbol boyunca, bir dəfədə olsun demədi ki, adında “Azərbaycan” və “Dövlət” kimi sözlər olan şirkət, futbol üzrə Avropa çempionatı kimi mötəbər bir yarışda sponsordur. Jurnalist bunu demirdi, jurnalist sadəcə qorxurdu. Ona deyilmişdi ki, özünü elə apar ki, guya heçnə yoxdur! Mən bu zaman çox utandım. Jurnalisti dırnaq içərisinə aldım…

… elə həmin ərafədə, mənə hansısa bir kanallardan zəng etdilər Xahiş etdilər ki, mən SOCAR-ın sponsorluq fəaliyyətini komment edim. Sonra mən başa düşdüm ki, onlar elə bilib ki, guya mən bu fəaliyyəti tərifləyəcəm. Mən təbii olaraq dedim ki, (müsahibədə) SOCAR Azərbaycan xalqının sərvəti olan neftin pullarını səhv xərcləyir. Düşündüm ki, jurnalistlər bunu efirə verəcək. Vermədilər. Yadıma gəlir… yadıma gəlir, mənə utana-utana bir xanım zəng etdi… “İlkin müəllim salam… biz Sizin sözlərinizi dinlədik, proqram rəhbərliyi dedi ki, SOCAR bizimlə əməkdaşlıq edir, bu sözləri efirə verə bilmərikşçlmkms” özünüz başa düşdünüz? Mən bu zaman jurnalisti dırnaq içərisinə aldım…

… dırnaq aldım demişkən, Avropa oyunları zamanı, Azərbaycan vətandaşlarına (!) ingilis və ya digər xarici vətandaş formasında təqdim edən jurnalistikaya mən heç bir şəkildə jurnalist deyə bilmərəm. Onlara, o tiplərə dövlət büdcəsindən nəyin ki, ev heç “evçik” belə düşmür.

Bir dəfə, mağaza açılışlarının birində, Xəbərlərə reportaj vermək üçün, yerli kanallardan birinə dəvət etmişdik. Onlarda, bir nəfər əməkdaşlarını göndərmişdi… jurnalist gəlmişdi. Nə başınızı ağrıdım, birdə gördüm işçilərdən biri deyir ki, bu jurnalist nə çəkdiyini bilmir. Dedim… qardaş filan-filan şeyləri çək… məlum oldu ki, “jurnalist” içib gəlib. Təsəvvür edirsiniz!? İşə gəlib və boğazını nəmləyib)) Neysə… bu zaman həmin kanalda oln rəhbər dostumuza zəng-zad etmədim… sadəcə yola verdik, getdi! Amma jurnalisti dırnaq içərisinə aldıq.

Bir dəfə… yox axı, yalnız dırnaq içərisi olmayıb. Azərbaycanımızda Çingiz Mustafayev kimi gəhramanlar olub, Salatın Əskərova kimi qorxmaz xanım jurnalistlər. Var.

Nə də olsa, Sizə deyim ki, ANS mənim fikrimcə, ən demokratik və nisbətən müstəqil kanal olub, bizim TV-də. Yadıma gəlir, bir dəfə, ANS-də “Deməsək olmaz” verilşində qonaq idim və mövzu Kənd təsərrüfatı və “süni qiymət” artımı idi. Mənim apanentim Kənd təsərrüfatı Nazirliyində işləyirdi… o hesab edirdi ki, guya Kənd təsərrüfatı inkişaf edir. Bu zaman mənim fikirlərimdə dövlət məmurlarına qarşı istiqamətlər olsada, jurnalist (ANS jurnalisti) mənə imkan yaratdı. O özünün jurnalist borcunu tam ləyaqətlə verdi, Çingiz Mustafayevin ruhunu şad etdi. Belə jurnalistlərə, belə kanallara mən BÖYÜK HƏRFLƏRLƏ – JURNALİST deyirəm.

Yadıma düşür, ZARA-ın Azərbaycan dilinə qarşı hörmətsizlik etdiyi vaxtlarda, Azərbaycan jurnalistikası hesabına şirkət ciddi cəzalandırıldı, rəsmi şəkildə üzr istənildi və əlbəttə ki, Azərbaycanımızda yalnız, Azərbaycanlı işçilər işləyəcəyinə söz verildi. Bu xırdada olsa, jurnalistikanın qələbəsi idi. Bugün ictimai qınaq, cəmiyyətimizin, ölkəmizin inkişaf üçün çox önəmli rol oynayır. Sözün tam mənasında, jurnalistika 4-cü hakimiyyət formasında ola bilər. Bunu heç bir iqtidar, heç bir müxalifət əksini edə bilməz. Əsad odur ki, Azərbaycan jurnalistikası müstəqil və doğrunun deyən olsun.

Jurnalistika əslində güzgü formasındadır. Sözün hər iki mənasında. Birincisi jurnalistika güzgü olaraq cəmiyətdə baş verənləri, öz fikri olmadan, durust formada çatdırmalıdır. Nə var onu deməlidir. İkincisi jurnalistika cəmiyyətin güzgüsü olaraq, sözün tam mənasında cəmiyyəti əsk etdirir. Jurnalistika necədirsə, cəmiyyətdə elədir.

Arzu edirəm ki, jurnalistika daim müstəqil, azad (həm maddi, həm mənəvi, həmdə fiziki cəhətdən) və xoşbəxt olsun. Cəmiyyətin güzgüsü olaraq bizi daim informasiya ilə təmin etsin.

Əsl jurnalistlərin bayramı mübarək!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Gozel yazidir…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close