image_pdfimage_print

Çox məhşur bir aforizm var: yaxşı xokkeyçi şambanın olduğu yerə deyil, olacağı yerə getməlidir – biznesdədə bu belədir. Biz bloq çərçivəsində Sizinlə biznes qurduğumuz zaman diqqət edəcəyimiz sahələr barədə söhbət etmişik. Məncə bizneslə məşğul olan dostlarımız üçün maraqlı ola bilər…

Videodada deyildiyi kimi, biznesin istənilən istiqaməti üçün fərqlilik, digərlərinin etmədiklərini etmək vacibdir. Bu bizim üçün əlavə dividentlər yaradır. Müştəri heç bir şəkildə, hamının əldə edə biləcəyi nəyisə istəmir – fərqlilik istəyir. Bunun yolu isə, əlbəttə, biznes modeli fərqli dəyər yaratma sisteminin üzərində kökləməkdir.

Bilmirəm bloqumuzun yeni formatı Sizin nə qədər xoşunuza gəlir… AMMA Sizdən nə gizlədim, mənim üçün belə çox rahatdır. Sizinlə rahatlıqla səmimi söhbət etmək istəyirəm və video bloqla buna rahat edirəm. Bilirsiniz… onsuzda mənim yazı tərzimdə çoxlu səhvlər olur, video-bloq məni xilas edə bilər!)

Mövzumlarımızda hər dəfə olduğu kimi, gündəlik etdiklərimiz, heç harda yazılmayan və İlkin Manafovun – mənim biznes karyeramda olanlar barədədir. Biz Sizinlə rahat, səmimi və heçnədən çəkinmədən, biznes barədə fikirlərimizi paylaşırıq. Bir şeydən əmin olun, dediklərimizi real olaraq gündəlik biznes təcrübəmizdə istifadə edirik.

Sağ olun, bizə baxırsınız. Video barədə fikirlərinizi istənilən vaxt yaza bilərsiniz. Hər birinizə uğurlar!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close