Monthly Archives Avqust 2017

Bugünlərdə qızımla çox maraqlı dialoqum oldu…. deməli dənizə gətmək barədə danışırdıq və mən demək istəyirdim ki, nəyisə planlamaqdansa onu etmək lazımdır. Guya istəyirdim ki, uşaqlara hərəkət etməyin, icranın əhəmiyyətini başa salım. Sual verdim: “Qızım, sən bilirsən ki, sabahı planlamaqdansa, onu yaratmaq lazımdır. Məsələn, sən sabah dənizə gedib-getməyəcəyini bilmək üçün nə edərdin?!” Cavab alıram…

Deməli keçin il, yay aylarında Çinə səfərə getmişdim. Səfər zamanı, bir fabrikə getdik, dostum üçün maraqlı olan bir məhsulun istehsalı ilə maraqlanırdıq. Nə başınızı ağrıdım… yay – isti, bilirsiz Çində ikiqay isti və girdik fabrikə. İstehsal sahəsində qadınlar öz uşaqları ilə işə gəliblər, uşaqlar polda oturub oynayır, analar işləyir. Mənzərə mənə çox pis təsir etdi… amma Sizi inanrıram, orda çalışanlar mənim kimi düşünmürdü. Onlar xoşbət idilər. Həyatlarından razı idilər… bəs Azərbaycanda vəziyyət necədir? Suallın cavabı videomuzda…

Çox maraqlı bir aforizm var: “Əgər Siz eyni şeyi daim edirsinizsə, yeni – fərqli nəticə gözləmək axmaqlıqdır”. Beləliklə əgər bazar – müştəri, işıq sürəti ilə yenilənir, dəyişirsə deməli biznes buna adekvat olaraq dəyişməlidir. Bloqumuzda gələcək barədə fikirlərimizi qısaca roliklə paylaşırıq. Düşünürəm Sizin üçün faydalı olar…

Satışı yoxdursa biznes yoxdur. Həqiqətəndə satış biznesi formalaşdıran ən vacib elementdir və hər biznes adamının birinci bacaracağı xüsusiyyət satmaqdır. Məhz satmaq. Ən mükəmməl məhsul belə pis satıcı əlində heçnədir, eləcədə əksinə… Bugün bloqda biz məhz satışı artırma yolları barədə fikirlərimizi paylaşırıq.

Əziz oxucu, bugünlərdə həm ziyarət, həm ticarət məntiqi ilə 10 günlük, Avstriyada ailəvi səyahət edirəm və bloq vasitəsi ilə Sizlərə burada nəticə çıxardığım bəzi məsələləri paylaşmaq istəyirəm. Düşünürəm ki, bizneslə məşğul olan dostlarımız üçün faydalı ola bilər. Açığı həgin Sİzdə hiss edirsiniz ki, bizim bloqun oxucu kütləsi öz gücünə biznes qurmuş və inkişaf etmək istəyən Azərbaycan sahibkarlarıdır. Video onlara həsr edilir.

Əminəm ki, çoxlarınız gündəlik həyatınızda belə sözlər eşidirsiniz… filankəsin bəxti gətirdi, filankəsdə alınmadı, qismətdir və s. Biz hesab edirik ki, həyatda baş verən butün proseslər zərurətdən doğur və biz insanlar öz talemizin yazarıyıq. Bəxt amili, əlbəttə ki, həyatda var və çox lazımlıdır. Amma və LAKİN bu hamıda olur, hamının həyatında ən azı bir dəfə bəxti gəririr, kimlərsə bundan istifadə edir, kimlərsə… bunu itirir. Bu bloqda video şəklində sözü gedən məsələlər bağlı fikirlərimi paylaşmaq istəyirəm.

Əziz oxucu, hər birinizin bildiyi kimi, günü-gündən insanlar hansısa bir alış gərarı verdiyi zaman brend amilinə daha çox əhəmiyyət verir. Brend əsas seçim faktoruna çevrilmişdir. Dolayı yolla, güclü brend qura bilməyən şirkətlər uzunmüddətli dövr üçün mənfəətli ola bilmirlər. Məsələyə digər ölkə təcrübələrini öyrənərək baxsaq görərik ki, güclü brend qurmaq üçün, brendin məxsus olduğu ölkənin rolu son dərəcə böyükdür. Güclü brendlər – güclü ölkələrdə və ya əksinə olur. Azərbaycan bu yarışda necə iştirak edə bilər?

Əziz oxucu, bugünlərdə sosial şəbəkədə çox hörmət etdiyimiz xanım-bloqerlərdən biri, bizim German Studio-ın onun verilişinə (internet kanalına) sponsor olmadığı üçün incikliyini bildirmişdi. Çox emosional və əlbətttə ki, doğru formada. Biz bunu diqqətlə oxuduq və istəyirəm söhbət düşmüşkən, başıma gələn bir neçə əhvalatdan əldə etdiyin nəticələri Sizinlə paylaşım. Əmin olun, həyatda başımıza gələnlər qədər effektiv təhsil “ocağı yoxdur”. Biznesdə bunun rolu dahada artır… neysə keçək əsas məsələyə – “It’s not personal. It’s strictly business”.

Görəsən niyə biz kitab oxumağı sevmirik? Niyə biz elmi, intelektual, düşünmə tələb edən mövzularda olan verilişlərə, YouTube videolarına baxmırıq? Niyə bizim üçün, hansısa Rəqsanəvari (müğənni – Rəqsanəni tanımıram… sadəcə bu termindir, heç bir şəxsi yanaşma deyil – müəllif qeydi) şəxsi haqda məlumat bizə maraqlıdır, niyə yazı – filankəs, filankəsin qızına baxdı… yumşaq desək baxdı!) və ya hansısa damlavari məsələ, YouTube rekodrlar qırır. Niyə axı, bizi Nazir müavinin oğlunun etdiyi cinayəti düşünürük lakin, Beynalxalq bankın, dövlət büdcəsindən çıxardığı dollardan heç danışmırıq? Niyə biz benzinin qiymətinə “yalandan” olsa etiraz edirik, amma dövlət şirkətlərinin etdiyi “dəhşətli” xərclər barədə susuruq? Niyə, niyə, niyə biz intelektual düşüncələrdən uzağıq, uzaq olmaq istəyirik?!

Bilmirəm… amma bildiyim bəzi, ürək ağrıdan faktları Sizinlə bölüşməli olduğu bilirəm… Beləliklə, niyə biz oxumuruq? (düşünmürük, savadsızıq və s.)

Dünən çox yaxın izlədiyim şirkətlərdən olan FAB boyanın istehsal sahələrində oldum… çox sevindim. Həqiqətəndə FAB-an öyrəniləsi çox şey var, daha əvvəl Anar müəllimlə yaxından tanış olsamda, dünən şirkətin digər həmtəsisçisi, Müşfiq müəllimlədə söhbətimiz oldu… Qeyd etməyə borc bilirəm ki, FAB istər açdığı sistemli istehsal sahələri, istər işçilərlə münasibətlə, istər sahibkarlıq örnəyi olaraq, Azərbaycan səviyyəsində möcüzə yaratmış şirkətdir. Halal olsun!

Amma bugün danışmaq istədiyim mövzu heç bir şəkildə FAB-ın uğurları və ya Anar müəllimin, Müşfiq müəllimin sahibkar olaraq mükəmməl vizionu deyil… bugün mən video bloqda dördüncü sənayə inqilabından danışacam. Daha doğrusu dünyanın, hara getdiyi barədə olan fikirlərimi Sizinlə paylaşmaq istəyirəm…

Close