Avstriya barədə...

Əziz oxucu, bugünlərdə həm ziyarət, həm ticarət məntiqi ilə 10 günlük, Avstriyada ailəvi səyahət edirəm və bloq vasitəsi ilə Sizlərə burada nəticə çıxardığım bəzi məsələləri paylaşmaq istəyirəm. Düşünürəm ki, bizneslə məşğul olan dostlarımız üçün faydalı ola bilər. Açığı həgin Sİzdə hiss edirsiniz ki, bizim bloqun oxucu kütləsi öz gücünə biznes qurmuş və inkişaf etmək istəyən Azərbaycan sahibkarlarıdır. Video onlara həsr edilir.

Səhər idmanı, insanın enerji dolu olması üçün, mənim bildiyim ən təsirli alətdir. Son 1 ilə yaxındır mütəmadi olaraq səhərlə qaçışla və s. idman növləri ilə məşğulam. Dostlar tam səmimi Sizə deyirəm… mütləq idman edin. İşlərinizdə, şəxsi həyatınızda, dostlarla münasibət… bir sözlə insan olan hər yerdə özünüzdə cidd müsbət yeniliklər hiss edəcəksiniz. Biz bu şeyləri Avropalılardan öyrənirik… Mütləq edin. Sonra belkə mənə sağ olda deyərsiniz!)

Video bloqda Avstriya paytaxtı Viennada gördüklərimi biznes nöqtəyi nəzərindən qısacada olsa Sizlərə paylaşıram. Ümumiyyətlə deyim, hər nə qədərdə desək ki, Avropada biznes imkanları yaxşıdır və s. (hansı ki, müzakirə etmək olar, bu tezisi, həqiqətəndə yaxşıdırmı?!) düşünürəm ki, yüksək vergi dərəcələri və ya antimopoloya qanunvericiliyi və s. biznes üçün ciddi maniyələr törədir. Necə deyərlər, öz vətənimizə Qurban olum!)

Növbəti bloqlarda Avropada biznes mühit barədə fikirlərimi, məsələni açmağa çalışacam. Xoşunuza gələcək. Məncə!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN: