Gələcəyi necə yaradaq?

Çox maraqlı bir aforizm var: “Əgər Siz eyni şeyi daim edirsinizsə, yeni – fərqli nəticə gözləmək axmaqlıqdır”. Beləliklə əgər bazar – müştəri, işıq sürəti ilə yenilənir, dəyişirsə deməli biznes buna adekvat olaraq dəyişməlidir. Bloqumuzda gələcək barədə fikirlərimizi qısaca roliklə paylaşırıq. Düşünürəm Sizin üçün faydalı olar…

Həqiqətəndə əsrlər boyunca sənayedə, insan təfükküründə, həyatımızda çoxlu yeniliklər olsada, insan ehtiyyacı dəyişməz olaraq qalır. Ehtiyyac daimidir, eynidir, amma onun forması hər keçən gün transformasiya olunur – dəyişir. Muasir dövrdə yeniliklərin sürəti dahada tezdir. Dünyanın istənilən nöqtəsində baş verən yenilik, işıq sürəti ilə digər yerlərə keçir. Diqqət edin, bugün insanların həyat tərzi, ehtiyyacları ölkələr arasında ən orta nöqtəyə gəlib çatıq. Şərti, Googlelar, Facebooklar, Procterlər bizi elə bir formaya salıb ki, planetimizin hər yerində insan ehtiyyacları bir-birinə oxşardır.

Hər gün məhsullara olan təlabatlar dəyişir və bu təlabatlara cavab vermək üçün biznes dəyişməlidir. Biznes müştəriyə onun istədiyi məhsuku təklif etməlidir. Yeni biznes qurmaq bugün digər dövrlərə görə dahda rahatlaşır. Köhnəni dəyişmək hər zaman yenini yaratmaqdan daha çətindir. Video bu haqda olan fikirlərimizi paylaşmışıq.

Sonda digər maraqlı aforizmi söhbətimizi bugünlük bitirmək istəyirəm… “Gələcəyi təxmin etməyin ən yaxşı yolu, onu yaratmaqdır…”

ƏLAVƏ OXUMAQ ÜÇÜN: