Made in Azərbaycan brendi necə yaradıla bilər?

Əziz oxucu, hər birinizin bildiyi kimi, günü-gündən insanlar hansısa bir alış gərarı verdiyi zaman brend amilinə daha çox əhəmiyyət verir. Brend əsas seçim faktoruna çevrilmişdir. Dolayı yolla, güclü brend qura bilməyən şirkətlər uzunmüddətli dövr üçün mənfəətli ola bilmirlər. Məsələyə digər ölkə təcrübələrini öyrənərək baxsaq görərik ki, güclü brend qurmaq üçün, brendin məxsus olduğu ölkənin rolu son dərəcə böyükdür. Güclü brendlər – güclü ölkələrdə və ya əksinə olur. Azərbaycan bu yarışda necə iştirak edə bilər?

Videodanda göründüyü kimi, brendinq amilinə daha əvvəl və sistemli başalayan ölkələrin şirkətləri daha üçün dəyərli məhsul (xidmət) sata bilir. Nəticəsə ölkə dahada güclənir. Azərbaycanda bu istiqamətdə əsas drayver kimi neft, neft-kimya sənayesi çıxış etməlidir. Digər sənayelər bu sənayenin kölgəsində böyüyə bilər.

Çox vacibdir ki, bir sahə öndə getməlidir. Neft Azərbaycanımızda tarixi ənənə ilə paralel, həmçinin geniş sənaye potensialınada malikdir. Neft emala malik məhsuldur və biz sistemli formada bu sənayeni inkişaf etdirsək, yalnız post-sovet məkanında deyil, butün dünyada ciddi rəqabət gücü əldə edə bilərik… özünüz diqqət edin – biz fındıq ixracına görə, dünyada 4-cü yerdəyik. 2016-cı ildə ixrac miqdarımız – 110 mln. dollar. Amma bu fındığı alan Nutella brendinin dövriyyəsi 4 mlr. dollardan çoxdur. Təsəvvür edirsiniz, necə rəqəmlər fərqlidir. Brend yaratmaq, brend istehsal etmək və brend satmaq lazımdır ki, inkişaf edə bilək.

Mövzu barədə bloqumuzda çox saylı yazılar olsada, hesab edirəm ki, son dərəcə ciddi və ölkə iqtisadiyyatı üçün vacib məsələdir. Heç təsadüfi deyil ki, strateji yol xəritəsində ölkə brendin yaradılması ayrıca başlıq formasında qeyd edilmişdir. Deməli, hər səviyyədə başa düşülür ki, ölkə brendi olmadan güclü olkə iqtisadiyyatından söhbət gedə bilməz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: