Narazı insanlar barədə

Deməli keçin il, yay aylarında Çinə səfərə getmişdim. Səfər zamanı, bir fabrikə getdik, dostum üçün maraqlı olan bir məhsulun istehsalı ilə maraqlanırdıq. Nə başınızı ağrıdım… yay – isti, bilirsiz Çində ikiqay isti və girdik fabrikə. İstehsal sahəsində qadınlar öz uşaqları ilə işə gəliblər, uşaqlar polda oturub oynayır, analar işləyir. Mənzərə mənə çox pis təsir etdi… amma Sizi inanrıram, orda çalışanlar mənim kimi düşünmürdü. Onlar xoşbət idilər. Həyatlarından razı idilər… bəs Azərbaycanda vəziyyət necədir? Suallın cavabı videomuzda…

İlk əvvəl deyim ki, mən Sizlərə “tam xoşbəxt olun…” demirəm. Ümumiyyətlə tam xoşbəxt olmaq üçün məncə, dəli olmaq lazımdır. Necə ola bilər həyatda tam xoşbəxtçilik?! İnsan daim nesə istəyir. Yeni, böyük, fərqli, gözəl, bahalı və s. və bir hədəfə çatdığın andan, ikinci hədəf başlayır. AMMA və LAKİN həyatdan həzz almaq çox vacibdir. Lazımdır.

Həyatından həzz ala bilməyən insan, heç vaxt düzgün işləyə bilməz. Özünüz düşünün… eyni işi iki nəfər etsin və ya eyni adam fərqli əhvalda etsin. Sevinən, sevən insan digərindən daha effektiv işləyəcək. Mütləq belədir. Narazı insanın, işləri ona daim narazı olmaq üçün şərait yaradır. Bu xəstəlikdir. Belə xəstələrdən qaçmaq lazımdır!) İnanın.

Bəzən kommentlərdə oxuyuram, facebooklarda və s. Elə pis oluram… cavan-cavan oğlanlar, şikəst deyil, xəstə deyil… digər narazıdır. Nə bilim, ölkədən narazıdır, millətdən narazıdır. dostundan narazıdır və s. AMMA bu adamlar, elementar olaraq güzgüsü yoxdur. Ən dəhşətli səhnə, Avropa, Amerika görmüşlərdə olur… hələ-hələ bəzən Türkiyyədən gəlib, öz dövlətini bəyənmələri danışmayaq. Onlara elə gəlir, hamı onların pisliyini istəyir və s.

Hesab edirəm ki, bu şeylər çox normaldır, istənilən cəmiyyətdə irəli aparan və geriyə çəkənlər olur. Olacaqda. Amma biz çalışmalıyıq ki, ətrafımızda razılar çox olsun. Razı insanlar bizi, işləməyə motivasiya edir. Həvəsləndirir. Nəticə özünü çox gözlətmir, gördüyümüz işlər daha sistemli və düzgün gedir. Narazılıq, insanda tənbəllik yaradır, çünki narazı olduğumuz zaman bizə elə gəlir ki, nəticə bizdən asılı deyil. İnsanı işləməyə sövq edən ünsür isə əlbəttə, nəticədir.

Hər birinizə xoşbət və razı günlər arzusu ilə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN: