Niyə biz beləyik?!

Görəsən niyə biz kitab oxumağı sevmirik? Niyə biz elmi, intelektual, düşünmə tələb edən mövzularda olan verilişlərə, YouTube videolarına baxmırıq? Niyə bizim üçün, hansısa Rəqsanəvari (müğənni – Rəqsanəni tanımıram… sadəcə bu termindir, heç bir şəxsi yanaşma deyil – müəllif qeydi) şəxsi haqda məlumat bizə maraqlıdır, niyə yazı – filankəs, filankəsin qızına baxdı… yumşaq desək baxdı!) və ya hansısa damlavari məsələ, YouTube rekodrlar qırır. Niyə axı, bizi Nazir müavinin oğlunun etdiyi cinayəti düşünürük lakin, Beynalxalq bankın, dövlət büdcəsindən çıxardığı dollardan heç danışmırıq? Niyə biz benzinin qiymətinə “yalandan” olsa etiraz edirik, amma dövlət şirkətlərinin etdiyi “dəhşətli” xərclər barədə susuruq? Niyə, niyə, niyə biz intelektual düşüncələrdən uzağıq, uzaq olmaq istəyirik?!

Bilmirəm… amma bildiyim bəzi, ürək ağrıdan faktları Sizinlə bölüşməli olduğu bilirəm… Beləliklə, niyə biz oxumuruq? (düşünmürük, savadsızıq və s.)

Son vaxtlar yeni məlumatlar öyrənmək üçün ən çox istifadə etdiyim mənbə – YouTube kanalıdır. Səhər qaçışı zamanı hər gün, rahatlıqla 1 saat vaxtım olur, nəzərə alsaq ki, bu zaman mənim beynim tam boş olur, vaxtı tamamiylə yeni informasiya qəbulu “xərcləyirəm”. Bugünlərdə YouTube qarşıma Ayna.az saytı (qəzati) tərəfindən hazırlanmış 4-cü sənaye inqilabı adlı video çıxdı, daha doğrusu çıxardı. Ola bilər, Bizim Sənayedə inqilab videomuzu paylaşdığımıza görə,  YouTube bunu mənim qarşıma çıxarmışdı. Nə gizlədim, çox təəcübləndim. Dedim Azərbaycan dilində, biznesin belə innovativ sahəsindən video hazırlayan var? (buradan baxın videoya) Deməli biz, tək deyilik?! və sevincək videonu dinləməyə başladım…

… dostlar super! Tam məna ilə super. Ana dilimizdə belə mükəmməl video kontent yaradan insanlar olduğunu heç bilmirdim və Sizdən nə gizlədim uşaq kimi sevinirdim… Azərbaycan dilinə görə sevinirdim. Video bitirən kimi, izlənmə sayına baxdım… və… və çox məyus oldum – cəmi-cümlətəni 150 baxış. Təsəvvür edin, 3 nəfər super intelektual insan oturub, müzakirə edir, savadlı müzakirə və baxış sayı 200 nəfəri keçmir. Biyabırçılıqdır.

Özümdən asılı olmayaraq məsələni daha dərin araşdırmağa başladım. Türkiyyədə keçirilən Uludağ Ekonomi zirvəsinin YouTube kanalına baxdım… biyabırçı vəziyyət. Sözün tam mənasında qızıl xırdalanır bu Forumda. Mən bu forumun videolarını izləyirəm, dinləyirəm və çox faydalanıram. Real biznes adamları söhbət edir, real spikerlər danışır və s. İndi hazır olun… bu videolara baxış saylarına baxdım və yenədə ürəyim ağrıdı. Müqayisə edin…

Uludağ Ekonomi Zirvəsinin YouTube kanalında baxış sayı hara, Rusiyalı sahibkar Oleq Tinkovun – biznes sirləri hara!? Özümdən asılı olmadan Rusiya ilə müqayisə apardım… çox pis oldum. Həm Azərbaycan adına, həm Turkiyyə adına oxumaqdan, təhsil almaqdan, savadlanmaqdan çox uzağıq. Elə bil istəmirik, bizim təhsilimiz artsın… əvəzində rus dilində olan gülməli verilişlərin baxışına baxdım, sonrada bizim Boşbaş YouTube səhfəsinə baxın. Bilirsiniz, mən demirəm ki, niyə biz Boşbaş pikçəsə baxırıq, mən deyirəm ki, axı niyə bizdə intelektual məhsula ehtiyyac yoxdur. Niyə, niyə?

Üzr istəyirəm, mən bu yazını yaza-yaza çox emosionalam, açıq deyim – ürəyim ağrıyır. Axı niyə biz savadlı olmaq istəmirik? Axı biz niyə başa düşmürük ki, boş-boş böhrandan danışmaqla, iqtidarı pisləməklə, ölkədə ki, vəziyyəti pisləməklə heç vaxt irəli getməyəcəyik. Azərbaycanda biznes yoxdur deməkdənsə, sadəcə araşdırın, hərəkət edin. Savadlanaq. İrəli getmək üçün, sadəcə və sadəcə savadlı formada işləmək lazımdır.

Biz öz çox istəyirik ki, Azərbaycanda intelektual istiqamət daha çox olsun. Bunun üçün nə edirik? Bloq aparırıq, kitab yazırıq, Ali məktəbdə dərslər deyirik, brendinq barədə doktorluq dissertasiyası yazırıq, biznesimizdə intelektual yükü artırmaq istəyirik… Sizinlədə səmimi şəkildə paylaşırıq. Oxumaq, intelektual sahələrə yönəlmək lazımdır. Bunu niyə edirik? Çünki borcluyuq. Biz etməsək, kim edəcək?! Biz etməsək, necə belə bloq yazmağa haqqımız çatar? Biz etməsək, necə ana dilimizdə ən çox oxunan biznes bloq olarıq!?

Təsəvvür edin… dünya süni intelektdən, virtual reallıqdan, 3D printer erasından danşır… biz isə hələdə elementar formada dünyada baş verən prosesləri öyrənmirik. Qoyasan, Şəmi və Şoşunun boş-boş zarafatlarına baxaq

Çox istəyirəm ki, bu mövzularda biz heç bir şəkildə Turkiyyəyə oxşamayaq. Biz daha savadlı ola bilərik, məhz oxumaq, təhsil almaq, yenilikçi olmaqda ruslardan götürməli çox şey var. Biz türk təşəbbüsü ilə, rus intelektini götürsək, inanın ki, qarşımıza duran olmayacaq. Sadəcə və sadəcə, bilikli olmaq üçün çalışmaq lazımdır. Xahiş edirəm. Xahiş edirəm Sizdən intelektual videolara baxın, öyrənin (öyrənək).

ƏLAVƏ OXUMAQ ÜÇÜN: