image_pdfimage_print

Dünən çox yaxın izlədiyim şirkətlərdən olan FAB boyanın istehsal sahələrində oldum… çox sevindim. Həqiqətəndə FAB-an öyrəniləsi çox şey var, daha əvvəl Anar müəllimlə yaxından tanış olsamda, dünən şirkətin digər həmtəsisçisi, Müşfiq müəllimlədə söhbətimiz oldu… Qeyd etməyə borc bilirəm ki, FAB istər açdığı sistemli istehsal sahələri, istər işçilərlə münasibətlə, istər sahibkarlıq örnəyi olaraq, Azərbaycan səviyyəsində möcüzə yaratmış şirkətdir. Halal olsun!

Amma bugün danışmaq istədiyim mövzu heç bir şəkildə FAB-ın uğurları və ya Anar müəllimin, Müşfiq müəllimin sahibkar olaraq mükəmməl vizionu deyil… bugün mən video bloqda dördüncü sənayə inqilabından danışacam. Daha doğrusu dünyanın, hara getdiyi barədə olan fikirlərimi Sizinlə paylaşmaq istəyirəm…

Qeyd edim ki, mən son həftələrlə istehsal prosesinə marağımı xeyli artırmışam və əgər hər şey düşündüyüm kimi olsa, tezliklə satış şəbəkəmizi yerli private labellər qatmaq istəyirəm. Təbii olaraq bu istiqamətdə FAB-an öyrəniləcək çox şey var. Yalnız biznesmi? Yox. FAB-an insanlığıda öyrənmək olar… neysə, bu haqda növbəti bloqlarımızda.

Hələlik isə, videoda sənaye inqilabları və Azərbaycan şirkətlərinin bu inqilabda necə iştirak edəcəkləri barədə yazdım. Bu arada qeyd edim ki, dördüncü sənaye dövrü termini ilk dəfə olaraq Hanover sərgisində istifadə edilib və hal-hazırda alman şirkətləri tərəfində əsas istiqamət sahəsi hesab edilir. Bu sahədə çalışırlar.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Həqiqətəndə – “də” ayrı yazılır. öyrənin də bunu birdəfəlik. Nədir axı çətin olan?

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close