Monthly Archives Sentyabr 2017

Biz bugün Sizinlə Samsung və İphone məhsulları əsasında biznesdə, azın çoxdan daha yaxşı olduğu barədə fikirlərini paylaşmaq istəyirik. İllərdir, artıq 5 ildən çoxdur ki, mənim cib telefonum İphone idi, elə bilirdim, bundan yaxşı telefon yoxdur. Bugünlərdə, yaxın dostum mənə yeni telefon hədiyyə etdi – Samsung S8. Nə gizlədim, məncə İphone-dan daha yaxşıdır… AMMA və LAKİN, İphone hamımız bilirik ki, Samsungdan daha çox pul qazanır. Sicə niyə? Niyə insanlar Samsung brendini, İphone qədər sevmir? Cavab üçün, Video bloqa baxın və Sizə söz verirəm ki, əmin olacaqsınız: biznesdə az, çoxdan yaxşıdır!

Artıq 6-cı ildir, Azərbaycanın biznes elitasında əsl brendə çevrilmiş ildə 2 dəfə olmaqla öz fəaliyyətini davam etdirir. 500-ən çox məzun, Azərbaycanımızın demək olar ki, butün lider şirkətlərində çalışan əməkdaşları ilə, AİR sözün əsl mənasında biznesin hərəkət verici güvvəsinə çevrilmişdir. Bu tədris ilindəndə Marketinq AİR tam gücü ilə, öz işinə başlayır – 11-ci dəfə!!!

Bu videoda bloqda İlkin Manafov üçün AİR nədir? Niyə məhz Marketinq AİR ölkəmizdə bu qədər uğurlu ola bilib? Niyə Marketinq AİR bu qədər faydalıdır? suallırına cavab verəcəyik. Buyurun…

Çox maraqlı bir tendensiya var, bizi əhatə edən bir çox məsələlər barədə bir mənalı münasibətimiz var. Məsələn, dövlət məmuru dedikdə çoxlarımızın yadına kommunistlər, Yol Polisi dedikdə ruşvət alan, Vergi işçisi dedikdə – sahibkarı əzən, Polis dedikdə… və s. bəs həqiqətənmi elədir? Məncə yox. Bu yazıda biz, ölkə biznesinə qara hərflərlə yazılan məlum – 26 kafesi hadisəsi “kölgəsində” yaxşı məmurlar barədə danışmaq istəyirəm. Demək istəyirəm, butün məmurlar biznesə düşmən deyil, demək istəyirəm ki, ölkəmizdə sözün əsl mənasında biznesə dəstək verən məmurlar var. Beləliklə… Azərbaycanda biznes və məmur münasibətləri barədə fikirlərim…

Əziz oxucu, çoxlarınız gündəlik həyatımızda: “eşi… əvvəllər heyf deyildi… filan şey, filan cür olardı və s.” tipli sözlər eşidirsiz. Hətta əminəm ki, bəziləriniz düşünürsünüz ki, əvvəllər həyat daha rahat (oxu yaxşı) idi, amma bizim fikrimizcə hər keçən gün, insan oğlu, yəni biz, öz həyat keyfiyyətimizi artırırıq. Biz hər keçən gün, daha uzunömürlü oluruq, daha yaxşı yeməklər yeyirik, daha gözəl paltarlar geyinirik, daha rahat mebeldən istifadə edirik və s. Həyatımız daha yaxşı olur. Bilirsiz niyə?

Bizim bloqumuzun oxucuları yaxşı bilir ki, biznesdə hədəflərin düzgün təyin edilməsi ən vacib istiqamətlərdən biridir. Hədəf qoyduqdan sonra, hərəkət başlayır və biznesin butün elementləri bir istiqamətdə, hədəf çatmaq üçün çalışırlar. Orta və yüksək bizneslərdə dediklərimiz aksiyoma şəklindədir. Bəs hədəf qoyulması üçün hansı addımlar vacibdir? Bloqumuzda biz, məhşur Avstriyalı alimin bu dediklərindən nəticə çıxarmağa çalışmışıq… buyurun.

Close