image_pdfimage_print

Biz bugün Sizinlə Samsung və İphone məhsulları əsasında biznesdə, azın çoxdan daha yaxşı olduğu barədə fikirlərini paylaşmaq istəyirik. İllərdir, artıq 5 ildən çoxdur ki, mənim cib telefonum İphone idi, elə bilirdim, bundan yaxşı telefon yoxdur. Bugünlərdə, yaxın dostum mənə yeni telefon hədiyyə etdi – Samsung S8. Nə gizlədim, məncə İphone-dan daha yaxşıdır… AMMA və LAKİN, İphone hamımız bilirik ki, Samsungdan daha çox pul qazanır. Sicə niyə? Niyə insanlar Samsung brendini, İphone qədər sevmir? Cavab üçün, Video bloqa baxın və Sizə söz verirəm ki, əmin olacaqsınız: biznesdə az, çoxdan yaxşıdır!

İnanmırsız? Buyurun… videoya baxın…

Diqqət edin, dünyada böyük işlər görmüş adamların təcrübələrini öyrənin… Bir neçəsini yadınıza salım?

  1. Stib Djobs, Apple şirkətini yaratdıqdan sonra, maliyyə idarəedilməsində buraxdığı səhvlərə görə, şirkətdən qovulur. Bəli, bəli öz yaratdığı şirkətdən səhmdarlar onu qovurlar. Sonra, şirkətin vəziyyəti pisləşir və təsadüf nəticəsində Stiv yenidən şirkətə qayıdır. Bilirsiz, Stiv Djobsun birinci addımı nə olur? Apple məhsul portfelinin 70% (!) ixtisar edir. O bilir ki, az çoxdan yaxşıdır. Sizin bildiyiniz kimi, düz bilir…
  2. Unilever, öz böhran dövrlərində atdığı ilk addım yaratdığı brendlərin 50% ixtisar etmək olur. Bundan sonra şirkət stabil olaraq səhmdarlar qarşısında mənfəətli olur. Unileverin o vaxt ki, menecerləri yaxşı bilirdilər, az çoxdan yaxşıdır!)
  3. Walmart açdığı mağazalarda baxdığı birinci şərt əhalinin 10 mindən çox olmaması idi. Niyə? Əlbəttə, bunun çoxlu niyələri var idi… və əlbəttə, burda qeyri-biznes düşüncəsidə ola bilərdi (kitabda yazılır ki, Sem Ueltonun arvadı, Helen Uelton, ərinə deyir ki, mən 10 mindən çox əhalisi olan şəhərdə yaşamaq istəmirəm və s.), amma fakt fakt olaraq qalır, Walmart bilirdi ki, az çoxdan yaxşıdır!)

Bu misallara biz artırada bilərik, amma artırmaq istəmirik. Sadəcə deyirik ki, vaxtınız olsa video baxın və əmin olun ki, Az çoxdan yaxşıdır!) Neysə, məndə az yazım, gedim hesabatlara baxım!)

P.S. Bu arada telefon hədiyyəsinə görə, dostumuza bir daha çox sağ ol deyirəm!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close