image_pdfimage_print

Çox maraqlı bir tendensiya var, bizi əhatə edən bir çox məsələlər barədə bir mənalı münasibətimiz var. Məsələn, dövlət məmuru dedikdə çoxlarımızın yadına kommunistlər, Yol Polisi dedikdə ruşvət alan, Vergi işçisi dedikdə – sahibkarı əzən, Polis dedikdə… və s. bəs həqiqətənmi elədir? Məncə yox. Bu yazıda biz, ölkə biznesinə qara hərflərlə yazılan məlum – 26 kafesi hadisəsi “kölgəsində” yaxşı məmurlar barədə danışmaq istəyirəm. Demək istəyirəm, butün məmurlar biznesə düşmən deyil, demək istəyirəm ki, ölkəmizdə sözün əsl mənasında biznesə dəstək verən məmurlar var. Beləliklə… Azərbaycanda biznes və məmur münasibətləri barədə fikirlərim…

İlk əvvəl deyim, son vaxtlar istər ölkə rəhbərliyinin bir-başa nəzarəti, istərsədə İqtisadi İslahatlar komandasının gördüyü işləri çox sistemli görünür. Hiss edilir ki, yeni İqtisadi komanda, İqtisadiyyat Nazirliyinin buraxdığı səhvlərdən əla nəticə çıxarıb. Görülən işlər həqiqətəndə göz doldurur və hesab edirəm çox tezliklə ölkəmizdə ixrac dəfələrlə artacaq. Bu istiqamətdə görülən işlər var, amma bu işlərə keçməzdən əvvəl istəyirəm, bu yaxınlarda baş vermiş hadisəyə münasibət bildirir.

Təxminən 4-5 gündən bundan əvvəl “günün-gunorta” çağı ölkənin yüksək çinli məmurları, heç bir məhkəmə gərarı olmadan, heç bir xəbərdarlıq edilmədən… behsiz-bazarsız, sahibkarın, mülkiyyətinə müdaxilə etdilər. Gənc sahibkara qarşı belə bir yanaşma, “yumşaq desək” biyabırçılıqdır. Yumşaq desək. Biz bir tərəfdən ölkəmizdə azad sahibkarlıqdan danışırıq, biznesin inkişafından danışırıq… digər tərəfdən hansısa bir məmur gəlib, sahibkarın huquqlarına pozur…

P.S. Əgər xəbərdarlıq və s. edilmişdisə… deməli, bunu PR işini düzgün təşkil edilməyib… neysə!

…inanırsız bəzən öz biznesimizlə əlaqəli məmurlarla münaibətdə oluruq – Vergi, Sosial Müafiyə, Bələdiyyə, Polis… bir sözlə büdcədən maliyyələşən təşkilatlar. Mən bunlara başa sala bilmirəm, “ay qardaş… sənin əmək-haqqını, mən verirəm. Mən Vergi ödəyisicisiyəm, səndə məmursan, dövlət qulluqçususan və s.” çox təəsüf edirəm ki, hələdə belə məmurlar var. “Bəyənmədiyimi” Almaniyada sahibkarla doğulduqları küçənin adını verirlər… bizdə isə… Amma sevindirici hal budur ki, sözü gedən məmurların sayı, gündən-günə azalır.

Bizdə yeni nəsl məmurlar var ki, sahibkarda ötrü tam mənada fədakərlıqlar edirlər. Yeni imkanlar yaradırlar. Bunun bariz nümunəsi əlbəttə ki, İxraca Dəstək Bir Pəncərə mərkəzidir. Əziz sahibkarlar mütləq o mərkəzə gedən və Siz çoxlu yeni ideyalar, yenilklər görəcəksiniz. Bələ yaxşı şeyləri görəndə, ölkənin düz istiqamətdə getdiyindən əmin olursan!

Məsələn, bir-başa olaraq yeni komanda tərəfindən formalaşdırılan, Azexport saytınadaxil olun. Artıq bu sayt istər öz ziyarətçi sayı, istərsədə Amazon, Alibaba kimi qlobal saytlara inteqrasiyasına görə böyük uğur qazanmışdır. İnanın. Yaxşıları deməsək, yaxşı olmaz! Ən əsası, bu sadəcə həyata keçiriləcək işlərin bir hissəsidir və bizi tezliklə elektron-ticarət istiqamətində yeni layihələr gözləyir.

Mərkəzinin rəhbəri, Nicat dostumuza çox sağ ol deyirəm. Nicat yeni nəsl dövlət məmuru olaraq öz əməlləri, biliyi, bacarığı ilə sübut edəcək ki, Azərbaycanımızın inkişafında dövlət rolu var. Yeni nəsl məmurları salamlayıram və hesab edirəm ki, pisləri sıradan çıxarmağın yolu, yaxşıların yanında olmaqdır.

Bizim bloq heç bir şəkildə siyasi məsələlər barədə danışmaq istəmir… biz biznesdən yazırıq. Biznesin inkişafını, ölkədə sahibkarlıq ruhunun güclənməsini istəyirik və inanırıq ki, yazdığımız hər bloqla bu istiqmətdə faydalı ola bilirik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close