Monthly Archives Oktyabr 2017

Biznesdə statik durum olmur – ya irəli gedirsə, ya geriyə. İnanın ki, bu belədir, məhz buna görə yenilik bizim üçün həyatı vacibdir. Yeniliklər olmadan biznes geriyə gedir, öz mövqeyini itirir. Video blogda Sizinlə yeniliklərin rolu, yenilik etmək üçün hansı amillərin vacib olduğu barədə fikirlərimizi bölüşürük. Maraqlıdırsa baxa bilərsiniz.

Statistikalara görə bugün hər 2 nəfər insan oğluna, 3 internetə qoşulmuş cihaz düşür… nə az, nə çox cəmi 5 ildən sonra, bu rəqəmin 5 dəfə çoxalacağı proqnozu verilir. Bəs Sizcə bu yeniliklərin, yalnız telefonların, kompyuterlətin və s. internetə qoşulması deyil, butün hər şeyin internetdə olması biznesə necə təsir edəcək? Ümumiyyətlə bu yeniliklər Azərbaycan biznesində olacaqmı?

Bugünlərdə ölkəmizin pərakəndə ticarət sahəsində ən böyük birləşmə baş verdi, pərakəndə ticarət sektorunun iki böyük şirkəti: Veysəloğlu və Favorit birləşdi. Bu hadisə Azərbaycan pərakəndə ticarət sektorunda dəyişikliklərin ilk siqnallarındandır və biz hesab edirik ki, belə birləşmələr yalnız və yalnız son istehlakçıların maraqlarına uyğundur. Niyə biz belə düşünürük? Cavabları video blogumuzda…

Bir çox dostlar hesab edir ki, biznes qurmaq üçün mütləq investor lazımdır və ya investor olmadan biznes qurmaq demək olar ki, mümkün deyil. Əslində isə, gündəlik etdiklərimizə əsasən hesab edirəm ki, investor yalnız biznes model işlədikdən sonra ehtiyyac olur, ola bilər. Başqa sözlə desək investor iki halda faydalı olur: biznesi böyütmək istədiyimi zaman və ya biznesdə yeni imkanlar olduqda. Fikirlərimizi video formatında izah edık.

Əziz oxucu, bugünlərdə ölkə rəhbərliyi tərəfindən bir-başa nəzarət edilən strateji yol xəritəsinin icrası prosesi ilə bağlı çox saylı tədbirlər keçirilir. Bu sənədin aparıcı hissələrindən olan – Milli Brendlərin yaradılması istiqamətində, məndə işçi qrupun üzvü olaraq konsaltinq xidmətləri göstərirəm. Hal-hazırda Azərbaycanda Milli Brendlərin yaradılması üçün hansı addımlar atılır, hansı addımlar atılmalıdır və ümumiyyətlə nələr olacaq barədə, fikirlərimi Sizlərlə, blogumuzun dəyərli oxucuları ilə paylaşmaq istəyirəm. Mövzu maraqlıdırsa, oxuya bilərsiniz.

Dünyanın ən nüfüzlu elmi mükafatı hesab edilən – Nobel 2017-ci ildə, iqtisad üzrə, Çikaqo Universitetinin professoru, Barak Obamanın şəxsi məsləhətçisi, Riçard Teylora verilmişdir. Biz bu yazıda (videoda) sözü gedən mükafatın niyə məhz Teylora verilməsi barədə düşündüklərimizi paylaşmaq istəyirik. Videoda sözü gedən suala maksimum qısa və dolğun cavab verməyə çalışmışam.

Əziz oxucu, bugün video blog formatında mən çox maraqlı, maraqlı olduğu qədərdə ibratamiz bir misal – Dəmirçi və Balta haqda danışmaq istəyirəm. Əslində məqsədim qətiyyən bu hekayəni nəql etmək deyil, məqsəd Sizlərə çatdırmaqdır ki, insanların bir çoxu öz qüsurundan xəbardardır, sadəcə bu qüsuru düzəltmək üçün, əmək sərf etmək istəmir. Məhz buna görə də, deyirik ki, danışmaqla deyil…

Bugünlərdə keçmiş tanışlarımdan biri, mənimlə görüşüb, hansısa bir şirkətdən çıxıb öz biznesini qurmaq üçün nələrin vacib olduğu barədə suallar verdi… sual verdi dedikdə, bir-az böyük çıxır, əslində mənim elə-bir böyük biliyim yoxdur, sadəcə mən bu yolu keçdiyim üçün dostumuz etdiklərimi soruşdu. Ona verdiyim cavabları, video formatında Sizlərə təqdim etmək istəyirəm. Beləliklə… kiminsə şirkətində işdən çıxıb, öz biznesini necə qurmaq olar?

Əziz oxucu, hər bir insanı hərəkətə sövq edən faktorlar var. Bu fakorlar əslində çoxsaylıdır, amma biz hesab edirik ki, iki əsas faktor hər şeyi həll edir. Məhz bu iki faktor bizi düşünməyə, işləməyə, hərəkət, risk etməyə vadar edir. İstəyirəm video formatında bu haqda fikirlərimi paylaşım. Buyurun.

Əziz oxucu, bizneslə bağlı verilən sualları iki böyük qrupa bölmək olar: Nə və Necə. Bu iki sual bizim beyinlərimizdə olanların ümumi məcmusudur. Mənə istər sosial şəbəkələrdə, istər Ali məktəblərdə dediyimiz mühazirələrdə bizneslə bağlı müxtəlif suallar verirlər. Sizdən nə gizlədim, mənim özümdə gördüyüm işlərlə bağlı hansısa çətinliklərim olanda öz suallarımı bu işi nə vaxtsa görmüş şəxslərdən nəsə soruşuram və s. Verdiyim cavablar və soruşduğum suallardan çox sadə bir nəticəyə gəlmişəm, istəyirəm bu nəticəni Sizinlə paylaşım.

Close