Əşyaların interneti nədir?

Statistikalara görə bugün hər 2 nəfər insan oğluna, 3 internetə qoşulmuş cihaz düşür… nə az, nə çox cəmi 5 ildən sonra, bu rəqəmin 5 dəfə çoxalacağı proqnozu verilir. Bəs Sizcə bu yeniliklərin, yalnız telefonların, kompyuterlətin və s. internetə qoşulması deyil, butün hər şeyin internetdə olması biznesə necə təsir edəcək? Ümumiyyətlə bu yeniliklər Azərbaycan biznesində olacaqmı?

Günü-günü biznesin sərhədləri qısalır, günü-gündən biznes daha sistemli olur və artıq vacib deyil, sən hansı ölkədəsən internet transmilli şirkətlərin daha sand yolları bizim bazarlara girməyini təmin edəcək. Bu dövrdə maksimum konkret sahələr üzrə fokuslanmaq, qurduğumuz işlərdə şaquli inteqrasiya etmək lazımdır. Dərinləşmək şərtdir.

Videodanda göründüyü kimi, bir vaxtlar İntel şirkətinin yaradıcılarından olan Muro-un yaratdığı qanunluq müasir informasiya texnologiyalarında birə-bir işləyir. Bugün çox baha olan xidmətlər, sabah üçün çox ucuz olur və adı insanlar tərəfindən istehlak edilir. Mass bazara, kütləvi bazarlara girir. Bugün dünyada lider şirkətlərin bir çoxuda əslində çox xırda, niş bazarlardan işə başlayanlardır.

Blogumuz isə maksimum formada ana dilimizdə video-kontent toplayır, hesab edirəm ki, yeni formatda Sizinlə daha səmimi söhbət edə bilirəm, ən azı öz fikirlərimi daha çox emosia ilə Sizlərə çatdırıram. Sağ olun ki, baxırsınız!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN: