Bizi nə motivasiya edir?

Əziz oxucu, hər bir insanı hərəkətə sövq edən faktorlar var. Bu fakorlar əslində çoxsaylıdır, amma biz hesab edirik ki, iki əsas faktor hər şeyi həll edir. Məhz bu iki faktor bizi düşünməyə, işləməyə, hərəkət, risk etməyə vadar edir. İstəyirəm video formatında bu haqda fikirlərimi paylaşım. Buyurun.

Sizə deyim ki, Sevgi və Qorxu birlikdə çox yaxşı “yola gedirlər” və işlərin yaxşı nəticə əldə etməsini təmin edirlər. Videodada deyildiyi kimi, hansısa işi yalnız qorxduğuna görə etsən – dəhşət, yalnız sevdiyin üçün etsən (qorxmadan) – işrət olur. Mükəmməl nəticələr məhz, qorxa-qorxa sevdiyin işləri gördüyün zaman meydana çıxır.

Hər birinizə böyük nəticələr qazandıracaq işlər arzu edirəm və hesab edirəm ki, işlər super olacaq.

Qorxun və Sevin!

P.S. Oxuduğunuz bu blog belə qorxunun və sevginin məhsuludur. Mən blog yazmağı çox sevirəm və Sİzin diqqətinizin azalmasından qorxaraq daim nələrisə etməyi, yenilikləri Sizlərə təqdim etməyə çalışıram.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: