Biznes, İnvestor və Təlimçilər barədə

Bir çox dostlar hesab edir ki, biznes qurmaq üçün mütləq investor lazımdır və ya investor olmadan biznes qurmaq demək olar ki, mümkün deyil. Əslində isə, gündəlik etdiklərimizə əsasən hesab edirəm ki, investor yalnız biznes model işlədikdən sonra ehtiyyac olur, ola bilər. Başqa sözlə desək investor iki halda faydalı olur: biznesi böyütmək istədiyimi zaman və ya biznesdə yeni imkanlar olduqda. Fikirlərimizi video formatında izah edık.

Əziz oxucu, biznesdən danışmaq üçün mütləq gərək işin içində olasan. Kitablarda, bloglarda, YouTubelarda, təlimlərdə biznes qurmağı ümumiyyətlə öyrənmək olmur. Bizdə blogumuz vasitəsi ilə Sizlərə yalnız bunu ifadə etmək istəyirik – Biznes qurmaq üçün, yalnız və yalnız hərəkət etmək lazımdır. Sizin oxuduğunun biznes blog – www.ilkinmanafov.com və ya baxdığınız videolarda bizim məqsədimiz heç bir şəkildə nələrisə öyrətmək istəmirik. Heç Marketinq AİR-dədə, heç 360 dərəcədə brendinq kitabındada biz öyrətmirik, biz paylaşırıq. Gördüklərimizi, bildiklərimizi paylaşırıq.

Videomuzda aşağıdakı mövzulara toxunmuşuq:

  1. Biznes qurulduğu zaman investor lazımdırmı?
  2. İnvestorların biznesi ziyanı nə ola bilər?
  3. Niyə kassada biznesdən qazanılmayan pul olanda problemlər olur?
  4. Niyə biznes yalnız pul qazandıqdan sonra investora ehtiyyac ola bilər?
  5. Hansı hallarda investor mütləq lazımdır?
  6. Biznes qurmaq üçün təlimlər lazımdırmı və s.?

Blogumuzu izlədiyiniz, ardıcıl olaraq baxdığınız, oxuduğunuz və bizə müsbət kommentlər verdiyiniz üçün sağ olun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: