image_pdfimage_print

Əziz oxucu, bizneslə bağlı verilən sualları iki böyük qrupa bölmək olar: Nə və Necə. Bu iki sual bizim beyinlərimizdə olanların ümumi məcmusudur. Mənə istər sosial şəbəkələrdə, istər Ali məktəblərdə dediyimiz mühazirələrdə bizneslə bağlı müxtəlif suallar verirlər. Sizdən nə gizlədim, mənim özümdə gördüyüm işlərlə bağlı hansısa çətinliklərim olanda öz suallarımı bu işi nə vaxtsa görmüş şəxslərdən nəsə soruşuram və s. Verdiyim cavablar və soruşduğum suallardan çox sadə bir nəticəyə gəlmişəm, istəyirəm bu nəticəni Sizinlə paylaşım.

İlk əvvəl deyim ki, bizneslə məşğul olan insanların özlərini mentor seçməkləri çox vacibdir. Mentor bizi düzgün istiqamətləri göstərir, çətin vaxtlar ruh verir, yaxşı vaxtlarda başımızı itirməkdən qoruyur və s. AMMA və LAKİN… bir şeydən əminəm, biznesdə heç bir şəkildə “Necə” suallının cavabını tapmaq mümkün deyil. Hər bir uğurlu biznesin fərqli “necə”si var, belə olmasaydı bu biznes heç uğurluda olmazdı. Bilirsiniz… hamının etdiyini edənlər, hamının əldə etdiyi nəticəni qazanır.

Mənim özüm, zaman-zaman bizneslə bağlı suallarım olanda çalışıram bu işi etmiş adamlarla görüşüm, onlardan məsləhətlər alım. Məsələn, belə görüşdüklərimdən… Elçin Zeynalov – İtalDizayn, Elşad Abbasov – Embawood və ya Anar Əliyev – Fab Boya, cavan vaxtlarımda Güvən Borça, Andrey Rukavişnikov və s. kimi mənim istədiyim işi etmiş insanlar olub. Hər birinə müxtəlif suallar verdikdən sonra bir daha əmin olmuşam ki, “necə”ni heç bir şəkildə öyrənmək olur. Biz belə görüşlərdə “Nə” suallına cavab tapırıq.

Nə suallı nədir? Bu sual altında biznesimizdə nələri edə bilərik, nələri etməyimiz daha düzgün olar kimi vacib suallara cavablar tapırıq. Diqqət edin, nə edəcəyimizi bilə bilərik, amma necə yalnız və yalnız bizim özümüzdə yatır. Biznesdə uğur qazanmış istənilən insanla söhbət edin və görəcəksiniz ki, hamısının ortaq tərəfi “nə” suallına verilən cavabların eyniliyidir. Amma “necə”də məsələ tam dəyişir. Hərənin özünə məxsus yolu olur və bu yolu “koplayamaq” mümkün deyil…

… çünki hər bir insan fərqlidir və əlbəttə ki, necə suallı bizim özümüzün daxili xüsusiyyətlərimizdən meydana gəlməlidir. Necələri axtarmağı vaxt irirmək olmaz, necələri bizim icralarımızdır. Bunu öyrənməklə olmur, burada sadəcə icra etmək lazımdır. Məhz ona görə son vaxtlar cəmiyyətdə icranın əhəmiyyəti gündən-günə artır. İnformasiya əldə etmə imkanları çoxaldıqca biznesdə ideyanın, bizim dilimizcə desək, “Nə”ləri hamı bilir. Vacib olan necələrin üzərində fokuslanmaqdır.

Əziz oxucu, hesab edirəm ki, həyat baş verən, bizim başımıza gələn yaxşı və ya pis hadisələrin açarı yalnız və yalnız bizim özümüzdədir. Bizneslə məşğul olan insanlar özünə güvənməsi şərtdir. Özündən başqa heç kim, Sizə kömək edə bilməz. Hətta, ətrafda Sizə kömək edəcək insanları belə, Siz özünüz, öz zəhmətinizlə, bacarınızla əldə edirsiniz.

“Nə” suallına cavab tapdıqdan sonra, “Necə”yə suallının cavabına vaxt itirmədən hərəkətə keçmək lazımdır, çünki necəni səndən yaxşı bilən yoxdur. Çox blog-zad oxuma, dur hərəkət elə, hər şey super olacaq!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close