image_pdfimage_print

Əziz oxucu, bugün video blog formatında mən çox maraqlı, maraqlı olduğu qədərdə ibratamiz bir misal – Dəmirçi və Balta haqda danışmaq istəyirəm. Əslində məqsədim qətiyyən bu hekayəni nəql etmək deyil, məqsəd Sizlərə çatdırmaqdır ki, insanların bir çoxu öz qüsurundan xəbardardır, sadəcə bu qüsuru düzəltmək üçün, əmək sərf etmək istəmir. Məhz buna görə də, deyirik ki, danışmaqla deyil…

Bu misalı mən Bendjamin Franklinin avtobiografiyasından oxumuşam. Çox qalın və son dərəcə maraqlı kitabdır. Biznes, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün ən çox tövsiyyə etdiyim kitablardandır. Franklini öyrənmək mütləqdir. Məncə.

Əlbəttə, bəzi dostlarımız Franklinin dini görüşlərinə görə qəbul etməyə bilər… bilmirəm, bəlkədə onlar haqlıdırlar, amma bir daha qeyd etməliyəm ki, Franklinin kitabından mən çox şey öyrənmişəm. Öyrənirəm. Bilirsiz, elə kitablar var ki, insana kimlərinsə hansısa vaxt etdiyi səhvləri izah edir, bizə praktika yaradır və biz kitabı oxuyaraq sözü gedən səhvlərdən özümüzü çəkindirə bilirik.

Hər birimiz həyatında “başı var, amma oxumur… ” tipində sözlər eşitmisiniz. Biz hesab edirik ki, vacib olan məhz şərti oxumaqdır, işləməkdir, əziyyət çəkməkdir. Sizin oxuduğunuz blog, Azərbaycan dilində ən oxunaqlı biznes blogdur. Blogumuzun kontenti son dərəcə genişdir – 1100 blog post yazmışıq bugünə qədər və bunu mən həvəskar ediriəm. Mənim işim blog deyil, bu mənim xobbimdir. İndi təsəvvür edin ki, biz xobbimizə bu qədər dəyər verdiyimiz halda, özlərini “bloger” adlandıranlar demək olar ki, işləmirlər. Azərbaycan dilində yazılan butün biznes blogları cəmləsək, bizim blogumuzda olan yazı sayından azdır. Təsəvvür edirsiniz bu nə deməkdir!?

Video baxdığınız bir daha təşəkkür edirəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close