image_pdfimage_print

Dünyanın ən nüfüzlu elmi mükafatı hesab edilən – Nobel 2017-ci ildə, iqtisad üzrə, Çikaqo Universitetinin professoru, Barak Obamanın şəxsi məsləhətçisi, Riçard Teylora verilmişdir. Biz bu yazıda (videoda) sözü gedən mükafatın niyə məhz Teylora verilməsi barədə düşündüklərimizi paylaşmaq istəyirik. Videoda sözü gedən suala maksimum qısa və dolğun cavab verməyə çalışmışam.

Sizlərində bildiyi kimi, Nobel mükafatı elmdə xüsusi çevriliş etmiş alimlərə verilir. Təbii olaraq, Teylorda belə bir yenilik gətirmişdir. Bu yenilik nədən ibarətdir?

Deməli, lap əvvəldən hamımız bilirik ki, iqtisad elmi, rasional düşüncənin, riyazi təfəkkürün üzərində qurulmuşdur. Adam Smitlərin, Rikardoların, Semuelsenlərdən oxumuşuq ki, iqtisad elmi, qənayetin, məhdud resurslardan maksumum səmərəli istifadə etmənin üzərində inkişaf edir. Amma bugün deyilən traktovka doğrudurmu? İnsanlar, bizneslər, şirkətlər, dövlətlər rasional düşüncələrləmi hərəkət edirlər? Teylor öz əsərlərində bunun əksinə sübut edə bilmişdir. Necə?

Teylor psixologiya elminin yeni istiqaməti olan – beheverizmi (ingilis dilindən ana dilimizə tərcümədə davranış) iqtisad elminin gələcəyi hesab edir. İqtisadiyyatla, psixologiyanın sintezindən düzgün iqtisadi modellər çıxır. Nobel mükafatının sahibi, öz əsərlərində sübut edir ki, insanlar irrasional düşüncə əsasında hərəkət edirlər və onların davranışlarları yalnız belə proqnozlaşdırmaq olar. Rasional düşüncə günü-gündən biznesdə, həyatımızda öz aktuallığını ititir.

Sadə dillə demək istəsək, Riçard Teylor öz əsərlərində brend amilinin, günü-gündən əhəmiyyətinin artdığını sübut edir. İqtisadi gərarların verilməsində, insanlar alternativlərin təhlilindən çox, sadə davranış vərdişlərindən istifadə edirlər. Nobel mükafatçısı bu məntiq əsasında iqtisadi proseslərin həyata keçirlməsi başa düşmək üçün, psixoloji təhlillərin vacibliyini ortaya çıxarır. İqtisad elminin gələcəyini “dostumuz” psixologiyada görür. Məhz insan psixologiyasını başa düşərək, iqtisadi proqnozlar vermək olar.

Psixoloji biliklərlə “silahlanmış” iqtisadçı qeyd edir ki, insanlar hansısa gərar vermə anında, alternativlərin təhlili yerinə, anormal formada özlərini idarə edə bilmirlər. Dildə ucuz almaq istəyirik… deyə-deyə, gedib mağazada ən bahalı əşyanı alırlar və s.!) Mən lap “loru” dildə danışdım, hə?)

Həmçinin alim hesab edir ki, ölkələrin Milli Banklarının və ya Maliyyə rəhbərliklərinin verdiyi proqnozlar heç bir real vəziyyəti əhatə etmir. Baş verəcəklər, insanların qeyri-rasional düşüncələrinin məhsulu olur. Düzgün planlama üçün, davranışları düzgün planlamaq lazımdır.

Bir sözlə gələcək rəqəmlərin üzərində deyil, insanların üzərində qurulmalıdır!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close