Veysəloğlu & Favorit

Bugünlərdə ölkəmizin pərakəndə ticarət sahəsində ən böyük birləşmə baş verdi, pərakəndə ticarət sektorunun iki böyük şirkəti: Veysəloğlu və Favorit birləşdi. Bu hadisə Azərbaycan pərakəndə ticarət sektorunda dəyişikliklərin ilk siqnallarındandır və biz hesab edirik ki, belə birləşmələr yalnız və yalnız son istehlakçıların maraqlarına uyğundur. Niyə biz belə düşünürük? Cavabları video blogumuzda…

Pərakəndə ticarət dünyada mərkəzləşmiş şəkildə daha yüksək mənfəət verən sektorların başında durur. Biznes dilində desək, bu sahədə miqyas effektiv çox aydın formada görünə bilir. Pərakəndəçilikdə rəqabətqabiliyyətli olmaq üçün, biznes mütləq böyük logistika mərkəsi, mərkəzi satınalma, mükəmməl IT infrastruktur olmalıdır. Bunu necə etmək olar? Yalnız böyük miqyasda iş qurmaqla. Kiçik biznes heç bir şəkildə pərakəndəçilikdə ola bilməz… bu sadəcə real deyil.

Veysəloğlu şirkəti bugün etdikləri ilə aydın şəkildə görülür ki, öz işini tam olaraq pərakəndə ticarətin üzərində fokuslayıbdır. Yeni açılan (əgər yeni demək olarsa…) OBA şəbəkəsi və ya Araz marketdə olan kampaniyalar göstərir ki, şirkət sözün tam mənasında pərakəndə ticarətin üzərində ciddi işləyir. Araz – Spar – Oba triosuna qoşulan Veysəloğlu şirkətin təhçizatçılar qarşısında alış gücünü artırmaqla yanaşı, mərkəzi logistika, mərkəzi idarəetmə və s. strukturlarının iqtisadi cəhətdən daha əsaslandırılmış edəcək. Bu aydın formada hiss edilir.

Çox guman ki, növbəti etaplarda şirkətin tikinti sektorunda investisiyalar qoyacaq (bildiyimə görə artıq belə bir şirkət var) və sistemli – orqanizə pərakəndəni ölkəmizdə ciddi inkişaf etdirəcəkdir. Dünyanın əksər ölkələrində təşkilatlanmış (şəbəkə formasında işləyənlər) ümumi bazarın 50 – 80% əhatə edir. Ölkə inkişaf etdikcə pərakəndəçilər dahada güclənir.

Kiçik və orta sahibkarlıq özünü niş bazarlarda sınamalı və oradan böyüyərək iri biznesə çevrilə bilər. Bu sahədə ölkəmizdə çoxlu imkanlar var. Kateqoriya killer formatında mağazalarımızın sayı barmaqla sayılır və əlbəttə ki, burada yeni oyunçular üçün yaxşı imkanlar var.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: