Yenilik və Biznes

Biznesdə statik durum olmur – ya irəli gedirsə, ya geriyə. İnanın ki, bu belədir, məhz buna görə yenilik bizim üçün həyatı vacibdir. Yeniliklər olmadan biznes geriyə gedir, öz mövqeyini itirir. Video blogda Sizinlə yeniliklərin rolu, yenilik etmək üçün hansı amillərin vacib olduğu barədə fikirlərimizi bölüşürük. Maraqlıdırsa baxa bilərsiniz.

Hər bir işdə olduğu kimi, yeniliklər zamanıda əsas faktor daxili amillərdir. Daxili amilləri başa düşməyən adam, heç vaxt düzgün gərarlar verə bilməz. Buna görədə biz mütləq hansısa gərar verməzdən əvvəl özümüzü tanımalıyıq, özümüzü bilməliyik. Daxili mühitin təhlili və ya SWOT təhlil hər birimiz üçün çox vacibdir. Biz hesab edirik ki, hansısa yenilik etməzdən əvvəl özümüzü tanımalıyıq və güclü tərəflərimizə əsaslanaraq yeniliklər etmək olar.

Yenilik həmçinin bizi mövcud olduğumuz “komfort” zonasından çıxarır. Tənbəl, sakit həyata öyrəşmiş insanlar yenilikləri sevmirlər, əslində belə adamların biznesdə yeridə yoxdur, çünki biznes mütləq və mütləq rikslərin üzərində hərəkət etməyi sevir. Ağıllı risklərin əlbəttə. Necə deyərlər ən böyük riks, risk etməkdən qorxmaqdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: