Monthly Archives Noyabr 2017

Bugünlərdə çox maraqlı bir kitab almışam – Qeyri-Standart düşüncə və ya Fərqli Formatlardan düşünmək. Kitab müəllifi Alan İni və Lyuk de Brabander biznesdə formatların qırılması barədə son dərəcə maraqlı formada izahatlar verirlər. Hər birinizə önəmli tövsiyyə edirəm, faydalı kitabdır. Video blogda isə biz sözü gedən kitabın Azərbaycan biznes reallıqlarında təsiri barədə fikirlərimizi paylaşmışıq. 

Bugün, Azərbaycanın biznes tədbirlər tarixində bir İLKə, rekorda imza atıldı – DMC (Dijital Marketinq Konfransı) – Rəqəmsəl Marketinq Konfransı ilk dəfə olaraq 700-ən çox tamaşıçını bir araya yığdı (!). Bəli-bəli, 700 nəfərdən çox marketinq, bizneslə maraqlanan şəxs bugün DMC-də iştirak etdi (rəsmi qeydiyyatdan keçmiş 600 nəfərə yaxın, ümumi komanda iştirakçıları, təşkilatçılarla birlikdə 700-ən çox) . Bu superdir. Bu bizim artıq 5 ildən çox tədbirlər keçirilmə təcrübəmizdə bir İLK idi, biz Azərbaycanda özümüz, öz rekordumuzu yenilədik. Bəs buna təşkilatçılar necə nail oldular və digər sualların cavabı, video blogda Sizlərə təqdim edirəm. Buyurun…

Hansısa biznesə başlamazdan əvvəl sahibkarın cavab verəcəyi birinci sual – “niyə müştəri məni seçməlidir” olmalıdır. Məhz bu “niyə”lər üzərində biznes inkişaf edir, böyüyür və ya tam əksi olaraq batır. Məhz buna görədə sahibkarın birinci vəzifəsi mükəmməl məhsul (xidmət)yaratmaq olmalıdır. Bu necə yaradılır? Biznes adamı necə bunu edə bilər? Sualların cavabına biz videoda paylaşmağa çalışdıq.

Hər zaman, demişəm, bugündə bir daha deməyi özümə borc bilirəm: “İş görən, nəticə əldə edən insanların ürəyi, digərlərindən daha geniş olur…” əminəm ki, Azərbaycanımızda onsuzda az olan tədbirlərdən keçirən 4 noyabr təşkilatçıları belə ürəyə sahib olacaq insanlardır. Bu mütləq belə olmalıdır, çünki belə olmasa… onların etdikləri tezliklə hamı tərəfindən tənqid ediləcək, işlərin problemlər olacaq. Mən, İlkin Manafov bunu heç istəmirəm. Bilirsiz niyə? Buyurun videoya baxın.

Bəli – bəli düz oxudunuz, biznesdə balaca uşaq kimi, səndən küsə bilər. Sadəcə uşaqdan fərqli olaraq küsmüş biznesi yenidən geriyə qaytarmaq, daha çətin, daha çox əmək və pul xərclərinə bərabət olur. Hansı hallarda biznes sahibindən küsür və ya sahibkar nə etsə biznes ona ziyan vura bilər? Buyurun, aşağıda paylaşdığımız video sözü gedən suala cavab vermək üçündür.

Close