#4noyabr niyə tənqid edilir?

Hər zaman, demişəm, bugündə bir daha deməyi özümə borc bilirəm: “İş görən, nəticə əldə edən insanların ürəyi, digərlərindən daha geniş olur…” əminəm ki, Azərbaycanımızda onsuzda az olan tədbirlərdən keçirən 4 noyabr təşkilatçıları belə ürəyə sahib olacaq insanlardır. Bu mütləq belə olmalıdır, çünki belə olmasa… onların etdikləri tezliklə hamı tərəfindən tənqid ediləcək, işlərin problemlər olacaq. Mən, İlkin Manafov bunu heç istəmirəm. Bilirsiz niyə? Buyurun videoya baxın.

Videoda deyilənlərdən əlavə qeyd etmək istəyirəm ki, istər Anar Bayramov, istər Rafiq Hünaltay, istərsədə bəndəniz hər zaman iş görən insanların yanında olmaq istəmişik. Rafiqin sözü olmasın… biz 3 qara adamıq. İnanın ki, Marketinq AİR yaradılandan, bugünə qədər Marketinqi ölkəmizdə daha sistemli təbliği üçün əlimizdən gələni edirik. Edəcəyik. Qurban olduğum canımızda enerji və ömür verəcəyi qədər. Hətta kimlərsə bizi tənqid etsə belə, biz öz işimizdə mənfiləri aradan qaldırmaq üçün daha sistemli çalışaceyik.

Kimlərsə bizi təhgir etsə… inanırsız, mən bu zaman həmin təhgir edən insanın şəxsiyyətinə baxıram… görsəm ki, “uşaq-muşaqdır” ciddiyə almıram. Qurban olduğumuza min şükür, bugünə qədər heç bir ciddi insan bizi təhgir etməyib. Ona görə, bəzən sadəcə təbəssümlə qarşılayıram. Hesab edirəm ki, zəhmət çəkən, çətinlik görən insanların tənqidə vaxtları olmur. Məncə olmur.

Heç yadımdan çıxmaz… bir dəfə, (Rəhim müəllimin vəfatından 2 gün qabaq), Anar, Rafiq və mən Xətai metrosuna yaxın, bir yerdə oturub çay içirdik… Mən dedim ki, rəhmətlik Rəhim müəllim, mənə bir e-mail yazıb, məndə ona belə yazmışam… aramızda qısada olsa narazılıq yaranıb və s. Rafiq məni məcbur etdi ki, mən Rəhim müəllimə zəng edib, üzr istəyim… səbəb?! Səbəb çox sadə idi, Rəhim müəllim yaşca bizdən böyük idi və biz ona hörmət edirik. Heç təsadüfi deyil ki, hər dəfə Milli Marketinq Forumunun açılış çıxışlarında şəxsən mən, Rəhim müəllimi yada salıram… biz böyüklərə hörmət etməyi özümüzə borc bilirik.

Eyni şəkildə mak.az saytının əvvəllər keçirdiyi tədbirlərdə iştirak edən biri kimi, hər zaman saytın yaradıcısı Mamed Karimi hörmətlə yanaşırıq. Niyədə yox? Axı bu insan, marketinq üçün konkret iş görüb, axı zəhmətə qarşı hörmətsizlik etmək olmaz. Əziz oxucu, inanın ki, belə şeylər çox vacibdir və heç bir şəkildə Sizdən əvvəl edilmiş bir işi pisləməklə irəli getmək olmur. Olmayacaqda.

Əziz oxucu, bir daha qeyd etmək istəyirəm ki, 4 noyabr tədbirinin təşkilatçıları böyük iş görüblər və hörmətə layiqdirlər. Onlara uğurlar və gələcəkdə daha sistemli tədbirlər keçirməyi arzu edirəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: