Fərqli Formatlarda düşün

Bugünlərdə çox maraqlı bir kitab almışam – Qeyri-Standart düşüncə və ya Fərqli Formatlardan düşünmək. Kitab müəllifi Alan İni və Lyuk de Brabander biznesdə formatların qırılması barədə son dərəcə maraqlı formada izahatlar verirlər. Hər birinizə önəmli tövsiyyə edirəm, faydalı kitabdır. Video blogda isə biz sözü gedən kitabın Azərbaycan biznes reallıqlarında təsiri barədə fikirlərimizi paylaşmışıq. 

Sizə deyim ki, sözü gedən mövzu məni kitabdan əvvəldə düşündürürdü. Hətta çox balaca olanda, şahmatla aktiv məşğul olduğum vaxtlarda belə hiss edirdim ki, rəqibə qalib gəlmək üçün, bildiklərimiz şübhə altına almalıyıq. Fərqli yanaşmaq üçün, yeniliklər ətmək üçün, mövcud olan steoritiplərə yeni baxış sərgiləmək lazımdır.

Kitab mənim beynimdə olan fikirləri səliqəli şəkildə “polkalara” düzdü. Bilirsiniz, belə kitablar daha faydalı olur. Ümumiyyətlə Sizə deyim ki, kitab oxuyub faydalanmağın ən sadə yolu oxuduqlarını çox qısa zamanda tətbig etməkdir. Bu şərtdir. Bunu etməsək, kitabın dəyəri olmur. Biz sadəcə “müəllimlər” kimi çox şeyi bilirik, amma bildiklərimizi etmirik. Edə bilmirik və s. Oxumaq azdır, bilmək azdır, etmək – icra vacibdir.

Əslində məsələyə “açıq başla” yanaşsaq görərik ki, eyni formatda işləmək biznesdə “eyni”dən az effekt verir. Hamı kimi etsən, hamının əldə etdiyindən zəif nəticələrin olacaq. Dolayı yolla, formatlardan kənarlaşmaq biznes üçün zərurətdir – şərtdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: