image_pdfimage_print

Biznes cəmiyyətin aynasıdır, çünki cəmiyyət baş verənləri reaksiya verməli, müştəri davranışlarını daim izləməli, yenilik təklif etməlidir. Bugün biz hiss etsəkdə, etməsəkdə dünya və ya biz yüksək sürətlə dəyişirik. Buna nə təsir edir və ya bu dəyişmələrin biznesə təsiri nə olacaq? Aşağıda paylaşdığım videoda sözü gedən suallara cavab verməyə çalışmışam. Buyurun…

Bugün bir yerdən oxumuşam, dünyanın ən böyük tirajlı çap jurnalı olan – İKEA katalogu 2018-ci ilin sentyabr ayından olmayacaq. Daha dəqiq dəseək İKEA öz kataloqunu tam olaraq rəqəmsal mühitdə buraxacaq və çap versiya olmayacaq… təsəvvür edirsiniz bu nədir? Dünyanın ən böyük pərakəndə şəbəkələrindən olan İKEA əsas marketinq aləti öz növunu dəyişir. Bu o deməkdir ki, dünya dəyişir… və İKEA bunu “yumşaq desək” bilir.

Bilirsiniz bugün nə düşünmüşəm? Bizim 360 dərəcədə brendinq kitabı artıq üçüncü nəşr üçün hazırlanır… düşürəm, görəsən yeni kitab çap edincə, bunu səsləndirib YouTube qoymaq daha düzgün olmazmı!? Siz vaxtınızı səmərəli istifadə edərsiniz, yolda, küçədə və ya ofisdə ola-ola bizim kitabı dinləyərsiniz. Niyə yox? Onsuzda bu kitabda məqsəd pul qazanmaqdan çox, maarifləndirici olmaqdır. Onda niyə mən kitabı səsləndirib YouTube qoymuram!? Bilmirəm…

… amma bilirəm cəmiyyət dəyişir. Biznes öz strateqiyasını dəyişməlidir, biznes internetləşməlidir. Dünya süni zəka, 4 sənaye inqilabı və robotlardan danışır. İnanın, inanın ki, bu dediklərimiz uzaqda deyil və tezliklə bizim rəqabət edəcəklər. İndidən öz biznesimizi bunu adaptasiya etməliyik… yoxsa, yox olmaq ehtimalımız çoxdur.

Sonda qeyd edim ki, uşaqlardan öyrənmək çox asanddır. Qurban olduğum Sizlərədə qismət etsin, olanların canlarını sağ eləsin, mən istər qızım Ülkər, bəzən oğlum Namazdan çox şey öyrənirəm. İnanın. Düzdur onların özlərini bunu bilmir… amma bura yazıram ki, böyüdükdə oxuyanda heç olmasa bilsinlər. Oxumuşkən, burdanda onlara çox sağ ol deyirəm!)

Sağ ol demişkən, Sizədə sağ ol deyirəm ki, Azərbaycan dilində ən oxunaqlı biznes blog yaratma prosesində mənə motivasiya olursunuz. Sağ olun, sağ olun dostlar!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close