Rəqəmsəl Marketinq Konfransı və ya Yeni Rekord

Bugün, Azərbaycanın biznes tədbirlər tarixində bir İLKə, rekorda imza atıldı – DMC (Dijital Marketinq Konfransı) – Rəqəmsəl Marketinq Konfransı ilk dəfə olaraq 700-ən çox tamaşıçını bir araya yığdı (!). Bəli-bəli, 700 nəfərdən çox marketinq, bizneslə maraqlanan şəxs bugün DMC-də iştirak etdi (rəsmi qeydiyyatdan keçmiş 600 nəfərə yaxın, ümumi komanda iştirakçıları, təşkilatçılarla birlikdə 700-ən çox) . Bu superdir. Bu bizim artıq 5 ildən çox tədbirlər keçirilmə təcrübəmizdə bir İLK idi, biz Azərbaycanda özümüz, öz rekordumuzu yenilədik. Bəs buna təşkilatçılar necə nail oldular və digər sualların cavabı, video blogda Sizlərə təqdim edirəm. Buyurun…

İlk öncə qeyd etmək istəyirəm tədbirin təsisçiləri olan iki şəxsə: Rafiq Vəliyev və Aysel Cəbrayilova çox sağ ol deməyə məcburam. Məhz bu iki insanın – dostumuzun bir-başa səyi nəticəsində Azərbaycanda belə mötəbər biznes tədbir keçirilir. Belə tədbirlərin yalnız maarifləndirici rolundan əlavə, həmdə sektora bir canlılıq vermə gücüdə var. Fəxr edirəm ki, belə dəyərli şəxslərlə dostam və bunu rahatlıqla deyə bilirəm. Məhz belə tədbirlərdə bir çox gənc spikerlər öz güclərini ortaya qoya bilirlər, məhz belə tədbirlərdə marketinq, biznes adamları həvəs, motivasiya əldə edirlər, enerji alırlar, bilik alırlar və s. Bilik demişkən…

… bu tədbirdən çoxlu qeydlər götürdüm. Düşünürəm ki, bu qeydlərin bir çoxu bir-başa olaraq biznesimizdə tətbig edəcəm. Hesab edirəm ki, eyni şey digər iştirakçılar üçüncə keçərli idi… spikerlərdən öyrəniləcək çox şeyin olduğunu hiss edirdim Konfransda.

Tədbirdə kitab satışına xüsusi yer verilməsi, həqiqətəndə son dərəcə sevinc verici idi. Bu defə, yalnız bizim müəllifi olduğumuz kitablar deyil, digər xarici ədəbiyyatlarıda satışda görmək olurdu. Bu tədbiri əsl beynalxalg tədbirlərə oxşadırdı… Sizə deyim, istər Milli Marketinq Forumu, istərsədə digər tədbirlərimiz heç bir şəkildə geri qalmırlar xarici analoqlarından. Əmin olun, hətta üstündülər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: