Monthly Archives Dekabr 2017

Bugünlərdə, Forbes Rusiyadan çox maraqlı bir yazı oxudum: “Müasir insan niyə xoşbəxt ola bilmir?”. Sual əslində məni çox düşündürdü və yazının təsirindən bir neçə digər qaynaqlardan araşdırmalar etdim… maraqlı məqam burasındadır ki, insanlar hər keçən il, öz həyat keyfiyyətlərini yaxşılaşdırsalarda, xoşbəxt deyillər. İstəyirəm sözü gedən mövzu barədə düşüncələrimizi video-blog formasında Sizlərə təqdim edim…

Əziz oxucu, çox zaman biz bloqlarımızda biznes qurmaq üçün vacib olan xüsusiyyətlər barədə danışır: iradə, yorulmaz fəaliyyət, pozitivlik və s. Müasir dövrdə 4-cü sənaye inqilabı erasında, sahibkar üçün yeni tələblər meydana çıxır. İndi sahibkar – novatordur, yenilikçidir və ən əsası xəyal qurandır. Video bloqda sahibkarlıq fəaliyyəti üçün ən vacib elementlərdən olan xəyal qurmaq haqqında, xəyal qurmağın yenilikçilik üçün vacib amil olduğundan danışmışıq. Buyurun…

Sizlərində bildiyi kimi, biz blogumuzda bir neçə dəfə, sənaye inqilabı barədə paylaşımlar etmişik. Dünya dəyişir və hər keçən gün, yeni biznes istiqamətlər formalaşır. İstehlakçı davranışı və Biznes yenilənir, təbii olaraq baş verən proseslər bizlərdən daha yenilikçi olmağı tələb edir. Blogumuzda dünyada vacib hesab etdiyimiz 3 biznes trendlər barədə söhbət etmək istəyirik. Beləliklə… TOP3 biznes trend hansıdır?

Close