image_pdfimage_print

Əziz oxucu, son günlərdə butün Azərbaycan dilli medianı gənc aktiv Bəxtiyar Haciyevin rouminq çəkişməsi götürüb. Mövzu çox sadədir, Bəxtiyar bəy, Azercell abunəçisi olaraq royminq xidmətindən istifadə edib və nəticədə ondan daha çox pul çıxılıb. Sözü gedən tərəf hesab edir ki, şirkət onun cibinə girib… şirkət isə (yəni Azercell) hesab edir ki, belə bir şey yoxdur. Uzun sözün qısası müştəri narazıdır və narazılığını səsli formada ifadə edir.

Düşündüklərimizi video-blog formatında Sizlərlə paylaşmaq istəyirik. Danışdığımız keysdən kim haqlıdır və ya həqiqətəndəmi mövzu Azercelldədir? Buyurun, videoya baxın.

Sizlərə bildirməliyəm ki, şirkətin apardığı siyasət son dərəcə pisdir və Azercell-ə heç bir şəkildə müsbət nəticə vəd etmir. Hamı ilə, dalaşmaq olmaz. Əgər sən haqlı olsan belə, kütlə belə düşünmürsən, deməli sən gunahkarsan. Hələ-hələ… sən Azercellsənsə… gunah 100% səndədir. Biznesin sadə qanunları var – müştərini səhv çıxarmaq olmaz, hətta o səhvdirsə belə. Səhv çıxarsan, müştəri səni cəzalandıracaq. Necə? Çox sadə, necə Azərbaycan müştərisi illərdir Azercelli cəzalandırır və hər keçən gün, şirkətin bazar payı azalır. Bundan böyük biznes üçün nə cəza ola bilər? Sən günü-gündən daha az qazanırsan və s.

Bizim Sizin diqqətiniz cəkmək istəyidimiz mövzu isə daha qlobaldır? Biz blogda 3 mövzuya fokus olmağa çalışmışıq.

  1. Sosial media son dərəcə qorxulu silahdır. Bunu diqqətlə izləmək lazımdır.
  2. İnsanlarda, cəmiyyətdə neqativlik var. Bunu marketoloqlar bilməlidir.
  3. Sahibkarlıq cəmiyyətin inkişaf lokomotividir. Sahibkarlara hörmət etmək, onların maraqlarını qorumaq lazımdır.

Əziz oxucu, biz öz blogumuzda Sizinlə bu mövzuda dəfələrlə fikirlərimizi bölüşmüşük. Sahibkarlıq cəmiyyətimiz üçün, ölkədə orta sinifin yaranması, müstəqil düşüncə və ziyalı mövqe üçün vacibdir. Məhz rüşvətsiz ölkədə yaşamaq istəyiriksə, sahibkarlara, biznes adamlarına dəstək olmaq vacibdir. Şərtdir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close