image_pdfimage_print

Sizlərində bildiyi kimi, biz blogkarımızda dünya iqtisadiyyatında ingilabı yeniliklərin baş verdiyi barədə danışmışdıq. İqtisadiyyat cəmiyyətin aynası olmaqla yanaşı, yalnız ətraf mühitdə baş verən proseslər əsasında dəyişə bilər. Biznes yalnız uğurlu – gəlirli olduğu zaman davam edir, belə olması üçündə zamanla ayaqlaşmalıdır. Video-blogda müasir biznesi düzgün izah edən 3 əsas kitab barədə fikirlərimizi paylaşmışıq. Buyurub izləyə bilərsiniz.

Hər üç kitab dünyada bestseller olmaqla yanaşı sözün həqiqi mənasında işıq üzü görmələri ilə biznesə yeni cərəhan gətiriblər. Hər üç kitabın müəllifi müasir biznes və ya istehlakçı davranışlarında inqilab etmiş insanlardır. Özünün diqqət edin:

  1. Klaus Şvab – dördüncü sənaye inqilabı kitabının müəllifi. Məhz Şvab ilk dəfə Hannover sərgisində 4-cü sənaye inqilabı terminindən istifadə edib və müasir alman iqtisadi modelinin banisi hesab edilir. Alman höküməti Şvabın dediklərinə ildə 40 mlr. Euro investisiya qoyur.
  2. Riçard Taler – Yeni istehlakçı modeli kitabının müəllifi. Taler 2017-ci il Nobel mükafatının qalibi olmaqla yanaşı, Barak Obamanın şəxsi konsultantı olmuşdur. Taler müasir psixologiya elminin, iqtisadiyyatın tərkib hissəsi olduğu sübut etdiyi üçün Nobel mükafatı almışdır.
  3. Lyuk de Bradenber – Fərqli formatlar düşün kitabının müəllifi. Müəllif kitabda bildiyimiz ənənəvi fərqlə anlayışına yeni traktovka verməklə yanaşı, biznes adamları üçün üfuq açacaq həllər təklif edir. Mütləq oxumaq lazımdır.

Ümumiyyətlə daha əvvəl dediyimiz kimi, biznes adamı öz üzərində mütləq işləməlidir və ən mükəmməl kitab şəxsi biznes təcrübəsi nəticəsində qazanılanlardır. Bunu hamımız bilirik. Amma çox yaxşı olar ki, biznesmen yenilikləri izləsin, dünyada baş verənləri biznesinə səliqəli formada tətbig edə bilsin.

Blogumuzu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Vaxt problemi olsada maksimum çalışıram ki, blogumuz aktiv və maraqlı formada Sizin qarşınızda olsun. Bilirsiniz… bu blog, məndən çox Sizə məxsusdur.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close