image_pdfimage_print

Əziz oxucu, çox zaman biz bloqlarımızda biznes qurmaq üçün vacib olan xüsusiyyətlər barədə danışır: iradə, yorulmaz fəaliyyət, pozitivlik və s. Müasir dövrdə 4-cü sənaye inqilabı erasında, sahibkar üçün yeni tələblər meydana çıxır. İndi sahibkar – novatordur, yenilikçidir və ən əsası xəyal qurandır. Video bloqda sahibkarlıq fəaliyyəti üçün ən vacib elementlərdən olan xəyal qurmaq haqqında, xəyal qurmağın yenilikçilik üçün vacib amil olduğundan danışmışıq. Buyurun…

Yeni nəsl sahibkarlar, istər Serqey Brin – Google quranda, Alan Muslak – Tesla və Sukerberq – Faceb0ok qurmaq üçün xüsusi xəyal gücünə malik olduqlarını göstərirlər. Yenilik üçün ilk əvvəl, biz xəyal etməyə bacarmalıyıq və məhz bundan sonra novator olaraq nələrisə edə bilərik.

Əşyaların interneti və süni zəka ənənəvi biznes düşüncəsini qeyri-aktual etməklə yanaşı, yeni nəsl sahibkarlar üçün xüsusi bacarıqların vacibliyi diktə edir. Vacib olan pul qazanmaq üçün xüsusi biliklər deyil, vacib olan insanların həyatlarını dəyişdirmək, yeni imkanlar yaratmaq və bunun əsasında maliyyə gücünü artırmaqdır – pul qazanmaqdır.

Yadıma gəlir, keçmiş illərdə bir yaxın dostumun mənə dediyi çox yaxşı söz var idi. Biz onunla öz bisnesin və ya kiminsə işində əmək haqqına işləmək barədə danışırdıq. Dostum dedi: “İlkin, ola bilər ki, əmək haqqı alaraq daha stabil və sakit həyat sürə bilərsən. Amma xəyallara gedən, xəyalların üfiqlərinin genişliyi yalnız şəxsi biznesdə mümkündür.” Bugün mən bu fikirlə tam razıyam və hesab edirəm ki, xəyallara gedən yol məhz şəxsi biznesdən keçir. Daha dəqiq desək, əslində elə xəyal qurmaqla yalnız uğurlu biznesə sahib olmaq olar.

Videoda sözü gedən məsələlər barədə fikirlərimizi paylaşmışıq. Buyurun, baxın.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close