Hərb - Şahmat və Biznes barədə

Əziz oxucu, blogumuzda bir neçə dəfə biznes fəaliyyətində hərb elminin və şahmatın rolu barədə söhbət etmişik. Yeni blogumuzda sözü gedən mövzu barədə fikirlərimizi Sizinlə paylaşmaq istəyirik. Biznes bir başa olaraq idarəetmə fəaliyyətinin üzərində fokuslanıb və bu fəaliyyəti daha professional etmək üçün, videoda deyilənlərə diqqət etməyə dəyər.

Əslində videoda deyildiyi kimi, düzgün gərar qəbul etməyin yolu, digər sahələrlə analoqiya aparmaqdır. Bu sahələr bizim fikrimizcə Hərb elmi və şahmatdır. Hərb elmi bizə son dərəcə düzgün idarəetmə üsulları öyrədir və diqqət etsəniz biznesdə ədəbiyyatlarda istifadə edilən sözlərin çoxu bir-başa olaraq hərbi terminologiyada var. Şahmat isə öz növbəsində 64 xanada həyatın maketi funksiyasını daşıyır. Sən yaşayırsan və səhv edə-edə (oxu şahmat oynaya-oynaya) daha sistemli formada bir çox şeyləri başa düşürsən.

Biznesin Bençmarkinq üçün şahmat və hərb ən mükəmməl vasitədirlər. Hər şey çox sadədir, orada uğurlu olanlar, biznes üçündə keçərlidir. Hətta şahmat dərsliklərində yazılanlar bir-bir biznes dərsliklərində var. Sadəcə adları fərqlidir. Düşünün, müqayisə edin və məncə mənimlə razı olacaqsınız.

Mən blogda özüm etdiklərimi paylaşıram və hər iki dissiplinadan çox şey öyrəndiyim üçün Sizlərədə eyni şeyi təklif edirəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: