Sıfırdan biznes daha möhkəm olur?

Dostlarında bildiyi kimi, biz bloqumuzda biznes fəaliyyəti, sahibkarlıq barədə daha çox fikirlər paylaşırıq. Əslində bu təbiidir – aşıq hər zaman gördüyünü çalır. Eləcədə, biz biznesə “sıfır” manatla başlamışıq və hesab edirik ki, sahibkarlıq fəaliyyəti yalnız sıfırdan olduqda davamlı olur. Niyə biz belə düşünürük? Çox sadə… fikirlərimizi blogda paylaşmışıq.

Videoda deyildi kimi, SAT Gruopun təşkil etdiyi tədbirdə biznes qurmaq üçün investisiyanın əhəmiyyətindən çox danışıldı. Biz bu istiqamətdə düşünürük, biznesin ilkin vaxtlarında investisiya nəyin ki, vacibdir, hətta tam əksinə ziyanlıdır. Biznes yalnız öz yağında bişəndə dadlı olur, bizim halımızda gəlirli olur. Hər dəfə, biz qurduğumuz işdən xırda-xırda pul qazandıqca müştərini, təhçiçatçıları, partnyorları və ya işçiləri yaxşı başa düşmüş oluruq. Nəticədə hər şey bizim istədiyimiz kimi olur.

Biznes sıfırdan qurulduğu zaman daha effektiv olur. Bunun üçün dünyanın lider şirkətlərinin yaranma, inkişaf və ya hərəkət tarixlərini öyrənmək yetərlidir.

Dünyanın butün ölkələrində biznesdən qazanılmayan pulu, biznesə qoyduqda işlər doğru getmir. Biznes sahibini pulu batır. Ən dəyərli investisiya sahibkarın vaxtı, biliyi, təcrübəsidir. Maddiyat sahibkarın heç vaxt silahı olmayıb, olmayacaqda. İşi yavaş – yavaş böyüdən insanlar həyata daha yaxşı başa düşür. Videoda deyilənlər barədə danışmışıq.

Bu arada deməyə məcburam ki, SAT Gruop bugün həqiqətəndə Azərbaycanda biznesin inkişafı üçün mükəmməl məhsullar təklif edir. Çox yaxşıdır, hər birinə istifadə etməyi tövsiyya edirəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: