Monthly Archives Yanvar 2018

Əziz oxucu, blogumuzda bir neçə dəfə satış, satışın artımı və ya ümumi olaraq biznesdə satışın rolu barədə söhbət etmişik. Hal-hazırda dərc etdiyimiz postda satış prosesinə təsir edən iki vacib məsələ barədə fikirlərimizi paylaşmaq istəyirik. Beləliklə… satışı necə artırmaq olar?

Beşikdən gəbirə gədər öyrənmək termini, istənilən proqressiv insanın həyat devizi olmalıdır. Necə deyərlər, insan öyrənmədiyi andan etibarən geriyə doğru gedir. Bəs biznes fəaliyyətini necə öyrənmək olar və ya bizneslə məşğul olmaq üçün nələrə diqqət etmək lazımdır? Video-blogda deyildiyi kimi, istənilən biznes adamının həyatından “gəyyum” anlayışının böyük rolu var. Beləliklə video blogumuzu Sizlərə təqdim edirik.

Çox zaman istər sosial şəbəkələrdə, istərsədə dost-tanışdan belə bir sözlər eşidirik: “Görəsən biznes qurmaq üçün nələri öyrənmək lazımdır?” və ya “Biznesmen olmaq üçün hansı təlimlər (oxu kitablar) lazımdır?” və s. Bu bloqda biznes qurmaq üçün lazım olan biliklər barədə fikirlərimizi Sizinlə paylaşmaq istəyirik. Beləliklə: biznes qurmaq üçün nə lazımdır?

Əziz oxucu, bugün müasir dünyada kreativ iqtisadiyyat deyilən bir termin gündəmə gəlmişdir. Əgər əvvəllər biznes – iqtisadi düşüncə daha çox riyazi modellərin üzərində qurulurdusa, bugün əsas amil kreativ – fərqli baxış bucaqlarını tapmaqdır. Heç təsadüfi deyil, ABŞ kreativ sənayenin ÜDM-da payı 6% gəlib çatmışdır. Bəs nədir kreativ iqtisadiyyat, hansı üstün və ya mənfi tərəfləri var?

Azərbaycanımızda rəqib – rəqabət sözü çox qorxulu, hətta “daşı ağır” səslənir. Heç bir biznes ilk baxışdan özünə rəqib istəmir… əslində isə, rəqiblərin biznesin inkişafı üçün əsas hərəkət verici istiqamətdir. Məhz rəqiblərlə əməkdaşlıq nəticəsində bizneslər inkişaf edir. Video blogda rəqiblər və ya ümumi olaraq rəqabət haqqında fikirlərimi Sizinlə paylaşmaq istəmişəm. Maraqlıdırsa, buyurub baxa bilərsiniz.

Əziz oxucu, uzunmüddət ərzində bizə öyrədiblər ki, iqtisadi düşüncə – biznes yanaşması rasiona hesablama əsasında ola bilər. Başqa sözlə desək, biz elə bilirdik ki, insanlar öz şərtlərində ən düzgün olanları edirlər. Həqiqətəndə bu belədirmi? Video blogda, bu haqda istehlak modellərində, müştəri daranışları barədə fikirlərimizi paylaşmaq istəmişik.

Close