image_pdfimage_print

Çox zaman istər sosial şəbəkələrdə, istərsədə dost-tanışdan belə bir sözlər eşidirik: “Görəsən biznes qurmaq üçün nələri öyrənmək lazımdır?” və ya “Biznesmen olmaq üçün hansı təlimlər (oxu kitablar) lazımdır?” və s. Bu bloqda biznes qurmaq üçün lazım olan biliklər barədə fikirlərimizi Sizinlə paylaşmaq istəyirik. Beləliklə: biznes qurmaq üçün nə lazımdır?

İlk əvvəl deyim ki, biznes ən çətin insan fəaliyyətidir və biznes adamı orta-statikstik adamla müqayisədə daha çox zəhmət çəkir, daha çox enerji sərf edir. Bu təbiidir, çünki bizneslə məşğul olan adam yeniləklər etməlidir, bunun üçün isə, güclü zəka və ətraf mühiti başa düşmə bacarıqları lazımdır.

Hər dəfə dediyimiz kimi, indidə deyirik: təlimlər, kitablar və ya Ali məktəb bilikləri bizdə sahibkarlıq fəaliyyəti üçün lazım olan bilikləri yarada bilməz. Bu sadəcə mümükünsüzdür. Biznes qurmaq üçün 2 əsas bilik – bacarıq lazımdır:

  1. Ürək. Daha doqrusu hansısa bir addımı atmaq üçün nəyisə bərk istəmək. Sevdiyin işi görmürsənsə biznesin uğurlu olacağı böyük şübhə altına düşür, hər şey çox çətin olur. Qarşımıza çıxan maniyələr bizi sındırır və s.
  2. Cəsarət. Cəsatər olmadan biznes qurmaq mümkün deyil. Fərqli addım atmaq üçün mütləq özünə inamla yanaşı, cəsarətli olmalısan. Başqa cür necə digərlərinin normal hesab etmədiklərini icra etmək olar?

Videoda deyildiyi kimi, biz hesab edirik ki, biznes adamı yalnız biznes başladıqdan sonra nəyi və necə öyrənməli olduğunun düşünə bilər. İlk mərhələlərdə ən yaxşı bilik mənbəyi təcrübə və ya gördüyümüz işlər ola bilər. Olmalıdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Biznes qurmaq üçün sadəcə və sadəcə əziyyət çəkmək lazımdır məncə. O sosial şəbəkələrdə yazanların böyük əksəriyyəti anlamırlar ki, öz işini görmək hazırda gündə 8-9 saat işlədikləri işlərdən qat-qat məşəqqətlidir. Lazım gəlsə gündə 10 yox, lap 18 saat çalışmaları lazım gələ bilər. Bütün gün whatsapp da yazışan, instagramda gəzən. 3-5 min tapıb guya iş qurub öz xaloğlusunu işin başına qoyan adamdan iş adamı olmayacaqdır.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close