Biznes qurmaq üçün hansı biliklər lazımdır?

Çox zaman istər sosial şəbəkələrdə, istərsədə dost-tanışdan belə bir sözlər eşidirik: “Görəsən biznes qurmaq üçün nələri öyrənmək lazımdır?” və ya “Biznesmen olmaq üçün hansı təlimlər (oxu kitablar) lazımdır?” və s. Bu bloqda biznes qurmaq üçün lazım olan biliklər barədə fikirlərimizi Sizinlə paylaşmaq istəyirik. Beləliklə: biznes qurmaq üçün nə lazımdır?

İlk əvvəl deyim ki, biznes ən çətin insan fəaliyyətidir və biznes adamı orta-statikstik adamla müqayisədə daha çox zəhmət çəkir, daha çox enerji sərf edir. Bu təbiidir, çünki bizneslə məşğul olan adam yeniləklər etməlidir, bunun üçün isə, güclü zəka və ətraf mühiti başa düşmə bacarıqları lazımdır.

Hər dəfə dediyimiz kimi, indidə deyirik: təlimlər, kitablar və ya Ali məktəb bilikləri bizdə sahibkarlıq fəaliyyəti üçün lazım olan bilikləri yarada bilməz. Bu sadəcə mümükünsüzdür. Biznes qurmaq üçün 2 əsas bilik – bacarıq lazımdır:

  1. Ürək. Daha doqrusu hansısa bir addımı atmaq üçün nəyisə bərk istəmək. Sevdiyin işi görmürsənsə biznesin uğurlu olacağı böyük şübhə altına düşür, hər şey çox çətin olur. Qarşımıza çıxan maniyələr bizi sındırır və s.
  2. Cəsarət. Cəsatər olmadan biznes qurmaq mümkün deyil. Fərqli addım atmaq üçün mütləq özünə inamla yanaşı, cəsarətli olmalısan. Başqa cür necə digərlərinin normal hesab etmədiklərini icra etmək olar?

Videoda deyildiyi kimi, biz hesab edirik ki, biznes adamı yalnız biznes başladıqdan sonra nəyi və necə öyrənməli olduğunun düşünə bilər. İlk mərhələlərdə ən yaxşı bilik mənbəyi təcrübə və ya gördüyümüz işlər ola bilər. Olmalıdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: