image_pdfimage_print

Əziz oxucu, bugün müasir dünyada kreativ iqtisadiyyat deyilən bir termin gündəmə gəlmişdir. Əgər əvvəllər biznes – iqtisadi düşüncə daha çox riyazi modellərin üzərində qurulurdusa, bugün əsas amil kreativ – fərqli baxış bucaqlarını tapmaqdır. Heç təsadüfi deyil, ABŞ kreativ sənayenin ÜDM-da payı 6% gəlib çatmışdır. Bəs nədir kreativ iqtisadiyyat, hansı üstün və ya mənfi tərəfləri var?

Əslində sözü gedən sualla bağlı video-blogumuzda söhbət etmişik və mən Sizin diqqətinizi iqtisadiyyatda günü-gündən riyazi düşüncənin, psixoloji təfəkkürü uduzmasına çəkmək istəyirəm. Dediyim məsələ, ayrıca blog mövzusu olsada, vaxtınız olsa video bloga baxdıqdan sonra, bu məsələni araşdırın.

Hələ 2000-ci illərdə Amerika psikoxlogları iddia edirlə ki, insanlar öz davranışlarında rasional hərəkətlər etmirlər. Onlara təsir edən çox saylı digər amillər var və bu davranışların proqnoz edilmə yolları heç bir şəkildə riyazi modellərdə deyil. Niyə? Çox sadə riyaziyyat bizə yalnız məlum olanlar əsasında naməlumu tapmağı öyrədir, gəliz dildə danışsaq ekstrapolyasiya və ya müqayisəli təhlillər aparmağı tövsiyyə edir. Əslində isə, gələcək heç bir şəkildə keçmişlə bağlı deyil. Biz gələcəyimizdə hansı addıma atma motivimiz həmin anda psixoloji vəziyyətimizdir.

Bu dediklərimizdə belə nəticəyə gəlmək olar ki, iqtisadiyyatda uzun müddət tətbig edilən proqnozlaşdırma üsulları bugün öz aktuallığını itirib. Fərqli düşüncə, ənənəvi – düzgün düşünməni biznesdə keçib. Niyə bu özünü biznesdə göstərir? Çünki biznes insan oğlunun etdiyi yeniliklərin ilk tətbig edildiyi sahədir.

Yuxarıda deyilənlərə əsasən kreativ iqtisadiyyat günü-gündən aktuallaşmağa başlayır. Arzu edirik ki, sözü gedən məsələni Azərbaycan Elmi dairələri tezliklə hiss edəcək və bu sahədə araşdırmalar çoxalacaqdır. Bugün iqtisadiyyatın əsas “dostu” riyaziyyat deyil, məhz psixologiyadır!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close