Necə öyrənək?

Beşikdən gəbirə gədər öyrənmək termini, istənilən proqressiv insanın həyat devizi olmalıdır. Necə deyərlər, insan öyrənmədiyi andan etibarən geriyə doğru gedir. Bəs biznes fəaliyyətini necə öyrənmək olar və ya bizneslə məşğul olmaq üçün nələrə diqqət etmək lazımdır? Video-blogda deyildiyi kimi, istənilən biznes adamının həyatından “gəyyum” anlayışının böyük rolu var. Beləliklə video blogumuzu Sizlərə təqdim edirik.

İlk əvvəl qeyd edim ki, daha əvvəl blogumuzda qeyd etmişdik ki, sahibkarlıq fəaliyyətində ən yaxşı öyrənmək üsulu bir-başa olaraq tətbig etməkdən keçir. Praktika ən yaxşı öyrənmək yoludur, Amma buna baxmayaraq bəzi funksional biliklər var ki, onu əldə etməyək üçün digərlərinin keçdiyi yolu diqqət etmək lazımdır. Ağıllı insanlar başqalarının səhvindən nəticə çıxara bilənlərdir.

Şəxsən mən öz praktikamda bir çox şeyləri seçdiyim “nastavnik”lərdən öyrənə bilmişəm. Bu çox rahat və yaxşı olur, bir növ sənin keçdiyin yolu, kimlərsə bilir və sən onlardan xeyli məlumatlar əldə etmiş olursan. Bir növ bir-başa öz başında çatlamasada, sən bilirsən ki, kiminlə necə danışmaq – işləmək olar və s.

Eyni zamanda hesab edirik ki, satış, maliyyə və ya digər bir funksional bacarığı təlimlər – kitablar vasitəsi ilə əldə etmək olar. Niyədə olmasın? Dünyada öyrənmək deyilən son dərəcə böyük bir bazar var və bu bazarın yaranması heç bir şəkildə təsadüfi deyil. Ola bilməz. Əgər hansısa bir sənaye varsa, deməli insan oğlunun buna ehtiyyacı olub.

Əziz oxucu, əgər video blog Sizin xoşunuza gəldisə və ya ümumiyyətlə kanalımızda olan yeniliklər Sizin üçün maraqlıdırsa, YouTube kanalımıza mütləq abunə olun. Mən ilk olaraq, blogu orada paylaşıram.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: