Rəqiblərlə dost olun

Azərbaycanımızda rəqib – rəqabət sözü çox qorxulu, hətta “daşı ağır” səslənir. Heç bir biznes ilk baxışdan özünə rəqib istəmir… əslində isə, rəqiblərin biznesin inkişafı üçün əsas hərəkət verici istiqamətdir. Məhz rəqiblərlə əməkdaşlıq nəticəsində bizneslər inkişaf edir. Video blogda rəqiblər və ya ümumi olaraq rəqabət haqqında fikirlərimi Sizinlə paylaşmaq istəmişəm. Maraqlıdırsa, buyurub baxa bilərsiniz.

Dünya praktikasında rəqiblərlə əlaqəyə girərək biznesi böyük həcmə gətirib çıxaran şirkətlərin sayı çoxdur. Hətta məsələyə dərindən baxsaq görərik ki, ilk baxışdan rəqib olacaq şirkətlər bir-birindən biznes cəhətdən qidalanırlar, birlikdə daha sistemli biznes qurur, müştəri məmnunluğunu artması üçün çalışırlar. Nəticədə, müştəri öz pulunu daha inamla belə bizneslərə verir.

Məhz rəqiblərlə eyni anda hərəkət edərək, sənaye inkişaf edə bilir. Rəqabət heç bir şəkildə mübarizə və ya müharibə deyil. İnanın biznes müharibə üçün deyil və hər nə qədərdə biz desək ki, hərbi qanunlar biznesdə keçərlidir, eləcədə qeyd edirik ki, biznes pul qazanmaq üçün aparılan insan fəaliyyətidir. Pul bizə xoşbəxt yaşamağımız üçün lazımdır, pul bizə düşmən qazandırmalı deyil.

Videoda sözü gedən mövzu ilə bağlı bir neçə biznes-keyf səsləndirdiyim üçün, bir daha mövzunun üzərinə gedib, nəyisə danışmaq və ya təkrarçılıq etmək istəmirik. Yeddi dəqiqə ərzində sözü gedən mövzu barədə fikirlərimi çatdırdım, istənilən komment və ya fikirlərinizə cavab verməyə hazıram. Blogumuzu izlədiyiniz üçün sağ olun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: