Satışa nə təsir edir?

Əziz oxucu, blogumuzda bir neçə dəfə satış, satışın artımı və ya ümumi olaraq biznesdə satışın rolu barədə söhbət etmişik. Hal-hazırda dərc etdiyimiz postda satış prosesinə təsir edən iki vacib məsələ barədə fikirlərimizi paylaşmaq istəyirik. Beləliklə… satışı necə artırmaq olar?

İlk əvvəl deyim ki, satış istənilən biznesin ən əsas fəaliyyətidir. Hal-hazırda partnyor olduğum şirkətlərin birində son dərəcə ciddi problemlər var. Hər cür problem… debitor borcları, zərər, problemli məhsullar, zəif reklam və s. hər şey… çox düşünürük, görəsən nəyi dəyişmək olar. Bilirsiniz gərar nədir? Satışları artırmaq lazımdır. Vəssəlam. Yalnız satış biznesi problemlərdən xilas edə bilər. Yalnız satış olduğu zaman personal daha həvəslə işləyir və s.

Satış biznesin digər həlqələri üçün lokomotiv rolunu oynayır və orada buraxılan səhvlər butün həlqəni məhv edə bilər. Satış şirkəti inkişaf etdirir və məhz satışın yoxluğu digər strukturların işini “sıfıra” endirə bilir. Satış biznesin ürəyidir.

Ürək demişkən… yadıma fevral ayında ölkəmizdə artıq ikinci dəfə keçirilən Satış Forumu düşdü. Son dərəcə maarifləndirici və iştirakı faydalı tədbirdir. Tədbiri iki dostumuz, Anar Bayramov və Rafiq Hünaltayın (Vəliyevin) təşəbbüsü ilə SAT Gruoup və Fil reklam şirkəti tərəfindən keçirilir. Çox maraqlı olacaq. Mütləq Sizdə iştirak edin.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: