Monthly Archives Fevral 2018

Gülüşün, təbəssümün açdığı qapını ticarətdə heç bir şey aça bilməz. Bunu pərakəndə ticarətin ən dahi insanları deyib və əlbəttə ki, praktika sübüt edir. Çox vacibdir ki, satış personalı müştəriyə gülümsəməyi öyrənsin, məhz bu rəqiblər tərəfində kopyalanması mümkün olmayan amillərin başında durur. Bəs necə etmək olar ki, personal müştəriyə gülümsəməyi bacarsın?

Əziz oxucu, hesab edirəm ki, istənilən iş adamı mütləq qaydada özündə bir gün belə bir sualla qarşılaşır: hansı düzgündür – bir sahədə inkişaf etmək və şaxalənib digər sahələrdə biznes qurmaq. Siz necə düşünürsüz? Blogumuzda sözü gedən məsələ ilə bağlı fikirlərimizi qısa video şəklində Sizinlə bölüşmək istəyirik.

Əgər Siz, beş il ərzində öz üzərinizdə çalışmırsınızsa, deməli bugün bildiklərinizin heç biri dəyəri yoxdur. Bəli – bəli. Normal insan bir ildə ən azı 20% öz bilik və bacarıqlarını artırmalıdır. Niyə bu belədir? Ətraflı video-blogumuzda baxa biləriniz.

Çox maraqlı bir trend hiss etmişəm – kömək etmək əslində ziyandır. Başqa sözlə desək, kömək alan tərəf, kömək aldığı üçün özünü daha rahat hiss edir və imuniteti olmur. Kömək əli çəkilən kimi, problemlər başlayır. Fikirlərimizi əsaslandırmaq üçün videoya baxa bilərsiniz.

Close