İşçi və sahibkar münasibətləri barədə

Sovet dövründə biznes, sahibkarlıq fəaliyyəti heç kim tərəfindən sevilmirdi və normal insanlar heç bir şəkildə kənar işlərlə deyil, sırf öz işini görər, aylıq maaşını gözləyərdi. Bugün vəziyyət tam fərqlidir, bugün iqtisadiyyat biznesin üzərində inkişaf edir və əlbəttə ki, sahibkar ölkənin inkişafı üçün ən vacib insandır. Bunu hamı hiss edirmi? Ölkəmizdə sahibkarlığın hörməti yetərincədirmi? Blogumuzda sahibkarlığın ən vacib elementi olan işçilər və sahibkar münasibətləri barədə video paylaşırıq.

Heç təsadüfi deyil ki, bugün Azərbaycanda orta statistik istənilən sahibkar biznesi üçün işçi axtarışındadır. Ölkəmizdə işsizlik deyil, işçisizlik problemi baş alıb gedir. Bir vaxtlar bizdə hamı iş axtarırdı, indi əksinədir, hamı işçi axtarır, amma və lakin tapan yoxdur. Təhsillə, biznes arasında böyük uçurum var. Hazırlanan kadrlar biznesi başa düşmür, Ali məktəblər isə, elementar marketinq prinsiplərini gözləmir. Necə?

Çox sadə, biznesə necə kadrlar lazımdır? Bu kadrları necə bazara (əmək bazarına) təqdim etmək, hazırlamaq olar? Hansı proqramlarda, hansı dəyişikliklər lazımdır? Butün bu deyilənlər real biznesin dərtlərindəndir… videoda maksimum bu haqda fikirlərimizi paylaşmağa çalışmışıq.

Həmçinin işçilərin sahibkarın onlara borcludur kimi, düşüncəsi var… elə bil, sahibkar onlara nesə etməyə borcludur. Bir sözlə video baxın, fikirlərinizi bölüşün. İmkan daxilində YouTube kanalımıza abunə olun.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: