Kömək etmək ziyandır?

Çox maraqlı bir trend hiss etmişəm – kömək etmək əslində ziyandır. Başqa sözlə desək, kömək alan tərəf, kömək aldığı üçün özünü daha rahat hiss edir və imuniteti olmur. Kömək əli çəkilən kimi, problemlər başlayır. Fikirlərimizi əsaslandırmaq üçün videoya baxa bilərsiniz.

İstər biznesdə, istərsədə gündəlik həyatımızda insanın arxayın ola biləcəyi yeganə şey öz gücü olmalıdır. Biz belə hesab edirik, çünki məhz öz “yağında bişən yemək dadlı” olur. Biznesdə sözü gedən məsələ daha qabarıq meydana çıxır. Yalnız sıfırdan və sırf biznes gücü ilə inkişaf edən şirkətlər daha güclü, sistemli və problemlərə qarşı davamlı olurlar.

Heç təsadüfi deyil ki, ölkəmizdə iqtisadi problemlər olduqda, birinci problemi məmur-biznesləri yaşadı. Səbəb çox sadə idi, öz gücünü yaranmayan biznes, heç vaxt davamlı və stabil ola bilməz. Bilmirdə. İnkişaf üçün əziyyət çəkmək, öz üzərində ciddi işləmək lazımdır. Qıraqdan dəstək – kömək aldıqda insan əziyyət çəkmək istəmir. Bir növ uşaq tərbiyəsi kimi… uşağa çox rahatçılıq vermək olmaz!)

Hesab edirəm ki, videomuz sözü gedən mövzuda fikirlərimizi tam olmasada, sərgiləyə bildi. YouTube kanalımıza abunə olun, maksimum formada biznes üçün faydalı hesab etdiyimiz mövzular barədə paylaşımlar edəcəyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: