Vergilər Nazirliyi barədə 3 FAKT

Əziz oxucu, Azərbaycanda hamımızın bildiyi bir tendensiya var: Bizneslə məşğul olmaq üçün mütləq “day-day” olmalıdır, biznes adamını Vergilər sıxır və mütləq Vergidən gizlənmək lazımdır, açıq biznes aparmaq olmaz çünki məmurlar sənin üzərinə hucuma keçər. Biz hesab edirik ki, bu deyilənlərin hər biri geridə qalıb və bugün Azərbaycanda münbit biznes mühiti var. İnanmırsınız? Buyurun, videoda Sizə danışacağım hadisəni dinləyin.

Videoda deyildiyi kimi, sahibkar öz haqlarını tələb etməli, işləməli və əlbəttə ki, vicdanlı formada dövlət qarşısında olan öhdəliklərini yerinə-yetirməlidir. Vergi ödəmək hər bir vətandaşın haqqıdır, amma Vergi işçiləridə başa düşməlidilər ki, onların işi sahibkarın səhfini gözləyib, cərimə – cəza yazmaq deyil.

Vergi işçisi sahibkarı maarifləndirməlidir, onunla birlikdə biznesin inkişafı üçün töhfələr verməlidir. Dövlət büdcəsinə daha çox Vergi ayırması olmasının çox sadə düsturu var: Sahibkarın biznesi inkişaf etməlidir, sahibkar Vergini vicdanla verməlidir. Məhz bu sözlər, əslində yeni Vergilər Nazirinin terminləridir və mən əminəm ki, bu strateqiya kifayət qədər biznesi inkişaf etdirəcək.

Biz hesab edirik ki, ölkəmizdə hər keçən gün, yeni və daha mütərəqqi Vergi sistemi olacaq. Biz əminik ki, bu istiqamətdə həm biz sahibkarlar, həmdə məmurlar xidmət edəcək. Tam səmimi deyirəm… məncə hər şey super olacaq. Sadəcə və sadəcə işləmək lazımdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: