Monthly Archives Mart 2018

Azərbaycan şəraitində yeni biznes qurmaq istəyənlərin başında olan suallardan biridir – Qohumlarla biznes qurmaq olarmı? Heç təsadüfi deyil ki, eyni mövzu bizə istər e-mail, istərsədə YouTube kanalımızda suallar formasada gəlir. Bu video blogda istədik sözü gedən mövzu ilə bağlı fikirlərimizi Sizinlə paylaşaq. Beləliklə… yaxın dost və gohumla birlikdə biznes aparmaq olarmı?

Əziz oxucu, Norvuz Bayramı mənim üçün ən sevdiyim Bayramdır. Məhz bu günlərdə məncə insan yenilikçiliyə daha açıq olur, ətrafına yeni gözlə baxır. Bayram ərəfəsində mən demək olar ki, butün günü evdə oldum, çoxtandır belə şeylər olmurdu… və evdə olduğum müddətdə uşaqlarla (Ülkər və Namazla) televizora baxırdım. Azərbaycan kanallarının birincə Sehrli Xalat filmi gedirdi və bu filmə baxa-baxa özüm üçün bəzi nəticələr çıxardım. İstəyirəm fikirlərimi Sizinlədə paylaşım.

Lap qədimdən, biz bilikdik ki, riyaziyyat elmlərin şahıdır. Başqa sözlə desək, hamımız hesab edirik ki, riyazi düşüncə istənilən peşə sahibi üçün vacibdir və s. Müasir dövrdə, biz hesab edirik ki, riyaziyyatın əhəmiyyəti keçmiş illərə görə azalıb. Diqqət edin, biz demirik ki, riyaziyyat lazım deyil və s. biz deyirik ki, bugün biznes üçün lazımı bacarıq riyazi düşüncə deyil, insan psixologiyasını başa düşməkdir. Niyə biz belə düşünürük? Buyruun, video-blogumuzla tanış olun.

Bu video blogda biz pərakəndə ticarət şəbəkələrində mənfəətin və differensasiyanın əsas aləti olan – private labels və ya ticarət şəbəkələrinin şəxsi markaları barədə fikirlərimizi paylaşmaq istəyirik. Pərakəndə ticarətdə bu çox vacidbir və bu sahənin pioneri hesab ediləcək alman pərakəndə şəbəkələrində bəzən belə məhsulların satışda payı 90% (!) qədər olur. Buyurun, blogda fikirlərimizlə tanış olun.

Bugünlərdə Biznesmen radio verilişində qonaq kimi dəvət edilmişdim. Təxminən yarım saat ərzində biznes strateqiyaları, Azərbaycanda olan biznes mühiti, mebel biznesi barədə fikirlərimizi paylaşdıq. Maraqlı olsa videoya baxa və ya məni dinləyə bilərsiniz. Beləliklə biz aşağıdakı suallara cavablar verdik.

Bəzən uzaqdan çox parlaq və mümkünsüz görünən işlər əslində kiçik və ilklərdə çox asand olan xırda addımların cəmindən ibarətdir. Biznesdə böyük işlər görmək üçün, ilk növbədə sıfırdan başlamaq lazımdır, məhz belə olduqda Sizin işlər daha möhkəm ola bilər. Video blogda biz biznesdə kiçik addımların rolu barədə fikirlərimizi Sizlərlə bölüşürük. Buyurun.

Bugünlərdə sosial şəbəkələrdə ProblemDeyil adlı çox maraqlı bir konseptin şahidi olmuşuq. Konseptin üstünlükləri, marketinq – biznes tərəfi bir yana, ümumi olaraq sözün özü insanda çox pozitiv ab-hava yaradır. İstəyirəm bu istiqamətdə fikirlərimi qısa video rolik formasında Sizlərə təqdim edim. Maraqlı olsa mütləq baxarsınız.

23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti hər bir azərbaycan türkünün həyatında sözün tam mənasında iz qoymuşdur. Heç təsadüfe deyil ki, 2018-ci il, Cümhuriyyətin 100 illiyi münasibəti ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Bizlər isə mütləq şanlı tariximizin çox maraqlı istiqamətlərini araşdırmalıyıq. Bu video blogda biz Sizə, həmin şanlı günlərdə Xalq Cümhuriyyətinin rəhbərləri tərəfindən xarici təhsil almaq üçün göndərilən 100 tələbənin talehi haqqında danışmaq istəmişik.

Close