image_pdfimage_print

23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti hər bir azərbaycan türkünün həyatında sözün tam mənasında iz qoymuşdur. Heç təsadüfe deyil ki, 2018-ci il, Cümhuriyyətin 100 illiyi münasibəti ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Bizlər isə mütləq şanlı tariximizin çox maraqlı istiqamətlərini araşdırmalıyıq. Bu video blogda biz Sizə, həmin şanlı günlərdə Xalq Cümhuriyyətinin rəhbərləri tərəfindən xarici təhsil almaq üçün göndərilən 100 tələbənin talehi haqqında danışmaq istəmişik.

Ölkəmizdə hər il keçirilən Milli Marketinq Forumunu məhz 27 – 29 maya salmağımız heç təsüdüfi deyil, bizim üçün bu gün – Respublika Günü ən əziz və tariximizin ən şanlı günüdür. Bu il keçiriləcək Milli Marketinq Forumunun əsas mövzusu – tematikası əlbəttə Xalq Cümhuriyyəti olacaq. Hesab edirəm ki, bu il ki Forum bizim keçirdiyimiz ən mükəmməl forum olacaq.

Video blogda Sizlərlə Cümhuriyyət tələbələri kitabı barədə və müasir təhsilin insan həyatına necə təsir etməsini göstərmişik. Hesab edirəm ki. damarından türk qanı axan hər birimiz bu il şanlı tariximizin bir hissəsini araşdırmalı və bu istiqamətdə fikirlərini paylaşmalıdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close