Kiçik addımların biznesdə rolu barədə

Bəzən uzaqdan çox parlaq və mümkünsüz görünən işlər əslində kiçik və ilklərdə çox asand olan xırda addımların cəmindən ibarətdir. Biznesdə böyük işlər görmək üçün, ilk növbədə sıfırdan başlamaq lazımdır, məhz belə olduqda Sizin işlər daha möhkəm ola bilər. Video blogda biz biznesdə kiçik addımların rolu barədə fikirlərimizi Sizlərlə bölüşürük. Buyurun.

Yadıma gəlir, səhər qaçışına ilk başladığım vaxtlar fasilə etmədən 5 dəqiqədən çox qaça bilmirdim, tənginəfəs olurdum. Hərdən bunun əksini edən, dayanmadan – sürətlə qaçan insanlar görəndə, onlar haqqında xüsusi fikirlərim olurdu. Düşünürdüm ki, bu insanlar qeyri-adi gücə malikdirlər və s. Əslində isə… əslində isə, məsələ son dərəcə bəsit idi, böyük məsafədə fasiləsiz qaçanlar əslində, bunun üçün çoxlu xırda addımlar atmışdılar. Onlar birinci 5 dəqiqə, sonra 6, 7, 8… 30 dəqiqəyə çatdırmışdılar. Məndə elə oldu, bugün heç dayanmadan səhərlər 40 dəqiqə qaça bilirəm. Deməli… böyüyə gedən yol, kiçikdən keçir.

Başqa cür olada bilməz, biznes sadə qanunlarla idarə edilir. Məhz bu sadə qanunlar böyük sahibkarlarla, kiçikləri seçə bilirlər və s. Videoda danışdığımız bir neçə bu misala bənzər keyslərlə biz öz ana tezisimizə gəlirik. 100 əslində 100 ədəd 1dən ibarətdir. Düşünməyə – çalışmağa dəyər!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: