#ProblemDeyil konsepti barədə

Bugünlərdə sosial şəbəkələrdə ProblemDeyil adlı çox maraqlı bir konseptin şahidi olmuşuq. Konseptin üstünlükləri, marketinq – biznes tərəfi bir yana, ümumi olaraq sözün özü insanda çox pozitiv ab-hava yaradır. İstəyirəm bu istiqamətdə fikirlərimi qısa video rolik formasında Sizlərə təqdim edim. Maraqlı olsa mütləq baxarsınız.

Yadıma gəlir ProblemDeyil ifadəsi ilə tanışlığım laaap uşaq vaxtlarında olmuşdu. Bizə – Yevlaxa qonaq gələn almanlarla söhbət zamanı tez-tez “Keine Problem” sözünü deyirdilər. Atamdan bu sözün nə olduğunu öyrəndim və təbii olaraq yadımda qaldı. Bəlkə buna görə bu sözdən çox xoşum gəlir?!

Hesab edirəm ki, həyatda bir çox şeylər həll ediləndir və nikbin baxışla, təbəssüm bir çox bağlı qapıların açarıdır. Həyatda ən böyük problem, insanın düzəldə bilməyəcəyi səhvlərin buraxmasıdır. Qurban olduğum hamımızı belə problemlərdən qorusun.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: