Qohumlarla biznes qurmaq olarmı?

Azərbaycan şəraitində yeni biznes qurmaq istəyənlərin başında olan suallardan biridir – Qohumlarla biznes qurmaq olarmı? Heç təsadüfi deyil ki, eyni mövzu bizə istər e-mail, istərsədə YouTube kanalımızda suallar formasada gəlir. Bu video blogda istədik sözü gedən mövzu ilə bağlı fikirlərimizi Sizinlə paylaşaq. Beləliklə… yaxın dost və gohumla birlikdə biznes aparmaq olarmı?

Azərbaycanımızda ailə şirkəti formasında işləyən çox saylı bizneslər olub – var. Onların çoxu bugünə qədərdə uğurludur və ümumi olaraq dünya biznes təcrübəsinə baxsaq ordada çoxlu ailə şirkətləri görərik. Hətta dünya üzrə ailə şirkətlərinin davamlılığı istər böhranlara, istərsədə ümumi yeniliklərə daha çoxdur. Hesab edirəm ki, mövzunu düşünmək olar. Axı xarici ölkələrin biznes yaşı, bizdən daha çoxdur. Biznes isə, təcrübə işidir.

Mövzuya rezume olaraq deməliyəm ki, biznes adamı məsələlərə maksimum “soyuq başla” baxmalıdır. Əslində müasir biznes müştəri emosiyalarına soyuq başla cavab vermə qabiliyyətidir. Müasir müştəri hər keçən gün, daha emosional olur. Bu təbiidir, çünki informasiya texnologiyaları bizim həyatımızda emosiyanın dəyərini çox yuxarı qaldırmışdır. İnsanlara, insanlıq ehtiyyacdır.

Qohum və ya yaxın dostla biznes heç bir şəkildə “tabu” deyil və əgər yaxın adam Sizi tamamlayırsa, niyədə bu olmasın? Eləcədə deməliyəm ki, mənim biznes təcrübəmdə, hər zaman kəsiyində qeyri-biznesdən tanıdığım çox saylı adamlar olub – var. Düzdür bu insanlar zaman-zaman digərləri ilə əvəz ediliblər və biznes böyüdükcə əlbəttə, daha rasional düşüncə tələb edir.

Hesab edirəm ki, mövzu ölkə reallığı üçün kifayət qədər aktualdır və videomuz Sizə faydalı ola bilər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: