image_pdfimage_print

Lap qədimdən, biz bilikdik ki, riyaziyyat elmlərin şahıdır. Başqa sözlə desək, hamımız hesab edirik ki, riyazi düşüncə istənilən peşə sahibi üçün vacibdir və s. Müasir dövrdə, biz hesab edirik ki, riyaziyyatın əhəmiyyəti keçmiş illərə görə azalıb. Diqqət edin, biz demirik ki, riyaziyyat lazım deyil və s. biz deyirik ki, bugün biznes üçün lazımı bacarıq riyazi düşüncə deyil, insan psixologiyasını başa düşməkdir. Niyə biz belə düşünürük? Buyruun, video-blogumuzla tanış olun.

Əziz oxucu, əlbəttə bu videodan sonra, bizim riyaziyyatçı dostlarımız bizdən inciyəcək, onlar deyəcəklər ki… riyaziyyat olmadan dünya yoxdur, çünki sən filan şeyi necə hesablaya bilərsən və s. Biz əlbəttə onlarla qismən razıyıq, sadəcə dünyada baş verən 4-cü sənaye inqilabı keçmiş vərdişləri yox edir. İnsanlar onsuzda, kopmyuterə uduzur, artıq süni intelekt yaranır və insandan tələb olunan ən vacib bilik, riyazi düşüncə və ya hesablama qabiliyyəti deyil. Bizə daha çox nələr lazımdır? Biz bu “lazım”ları 3 ana qrupa bölmüşük. Daha konkret biz hesab edirik ki, bugün insanlar aşağıdakı biliklərə riyaziyyatdan daha çox fikir verməlidir:

  1. İnsanlarla münasibət qurmaq. Daha konkret desək, insanlara başa düşmək, onlara empatiya olması. Ünsiyyət qurba qabiliyyəti bugün müasir dövrdə çox vacibdir, çünki münasibət bugün hər şeydir.
  2. Dil bilikləri. Müasir dövrdə dil yalnız ünsiyyət vasitəsi deyil, dil mədəniyyətlər arasında körpü funksiyasını daşıyır. Xarici dil bilməklə biz daha çox şey öyrənmiş oluruq, xarici mədəniyyətlərin fərqlərini hiss etmiş oluruq.
  3. Öyrənmək qabiliyyəti. Orta məktəblərdə uşaqların öyrənə biləcəyi ən yaxşı şey, öyrənmək bacarığıdır. Onsuzda dünya inkişaf edir və bugün aktual olan mövzu sabah tam dəyişə bilər, amma biz öyrənməyi biliriksə, elastik ola biliriksə deməli bizim işlərimizdə problem olmayacaq. Yeniliklərə adaptasiya olaceyik.

Əziz oxucu, biz bloq vasitəsi ilə Sizlərə düşündüklərimizi paylaşırıq və bizim subyektiv dünya görüşümüzdür. Faydalı oluruqsa çox yaxşı, Sizi düşünməyə vadar ediriksə super! Sağ olun ki, bizim blogu izləyirsiniz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close