Sehrli xalat bizə nə öyrədir?

Əziz oxucu, Norvuz Bayramı mənim üçün ən sevdiyim Bayramdır. Məhz bu günlərdə məncə insan yenilikçiliyə daha açıq olur, ətrafına yeni gözlə baxır. Bayram ərəfəsində mən demək olar ki, butün günü evdə oldum, çoxtandır belə şeylər olmurdu… və evdə olduğum müddətdə uşaqlarla (Ülkər və Namazla) televizora baxırdım. Azərbaycan kanallarının birincə Sehrli Xalat filmi gedirdi və bu filmə baxa-baxa özüm üçün bəzi nəticələr çıxardım. İstəyirəm fikirlərimi Sizinlədə paylaşım.

İlk əvvəl deyim ki, Sehrli xalat filminə bir daha baxıb bu videoya baxsanız daha yaxşı olar, bir-birimizi daha yaxşı başa düşəcəyik. Əslində Sehrli Xalat filminin gələcəyə getmək səhnəsi yetərlidir ki, Siz bizimlə eyni dildə danışa biləsiniz. Əminəm ki, dəfələrlə baxmısınız. Kinoda olan Rəşid və Zirifənin gələcəyə getmə səhnəsi bizim üçün böyük məlumatlar verir. Məhz bu səhnədə əslində biz, Planşet kimi, Viber – Whatsup – Skype kimi yeni məhsullarla tanış olmuş olduq.

Bugün dünyada mövcud olan şirkətlərin bir çoxu stabil insan ehtiyyaclarını qeyri-adi yollarla ödəyərək sektor liderinə çevrilmişlər. Özünüz diqqət edin, Google, Facebook, Tesla və Alibaba əslində etdikləri yeniliklər sadəcə insanların köhnə ehtiyyaclarını ödəmək üçündür.

Məhz bu məntiqlə biz deyirik ki, biznesin gələcəyi riyazi düşüncə, rəqəmlər, statistik təhlillər deyil, insanlara başa düşməkdən keçir. İnsan biznesin əsas və daimi nöqtəsidir. İnsan olmasa, biznes olmaz və s. Əziz oxucu, video baxdıqdan sonra kommentlərinizi YouTube kanalımızda qoya bilərsiniz. Mütləq cavab verəcəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: